17:51 14.05.2022 430

"Prezident kuboku" torpaqlarımızda yeni həyatın başlamasının bariz nümunəsi idi" - Fərhad Əliyev

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Ötən həftəsonu Azərbaycan idman həyatında olduqca önəmli hadisə ilə yadda qaldı. Tərtər rayonunun Suqovuşan qəsəbəsində start götürən və Mingəçevir şəhərində davam edən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş avarçəkmə üzrə ikigünlük "Prezident kuboku" reqatası işğaldan azad edilən torpaqlarda təşkil olunan ilk beynəlxalq yarış kimi tarixə düşdü.

Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan birlkdə 100-dən çox idmançının qatıldığı "Prezident kuboku"nun təntənəli açılış mərasimi mayın 6-da Suqovuşanda keçirildi. Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, Vətən müharibəsi qazilərinin iştirakı ilə baş tutan tədbirə həmçinin müxtəlif federasiyaların rəsmiləri və digər qonaqlar da qatılmışdı.

Açılış mərasimində çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov turnirin önəmini vurğuladı:

 “Otuz il işğal altında qalmış doğma Qarabağımıza həyat qayıdır. Biz buranı cənnətə çevirəcəyik. Bu gün Qarabağımıza həyat qayıdır. Hazırda Qarabağda genişmiqyaslı bərpa və quruculuq işləri görülür. Biz bütün dünyaya göstəririk ki, Azərbaycan xalqı yaradıcı və qurucu xalqdır”.

Türkiyə Avarçəkmə Federasiyasının İdarə Heyətinin üzvü Bülent Eren, Gürcüstan Kanoe Federasiyasının prezidenti Zaza Nadiradze Azərbaycanın işğaldan azad etdiyi əzəli torpaqlarında belə nüfuzlu yarışın qısa müddətdə yüksək səviyyədə təşkilinə və yarışlarda iştiraka dəvətə görə minnətdarlıqlarını bildirdilər.

Gənclər və idman naziri Fərid Qayıbov “Prezident kuboku-2022” turnirinin keçirilməsinin önəmindən bəhs etdi. Qayıbov tarixi torpaqlarımızın işğaldan azad olunmasında Prezident İlham Əliyevin rəhbərliyi altında əsl qəhrəmanlıq salnaməsi yaradan Azərbaycan Ordusunun rəşadətini xüsusi vurğuladı. Nüfuzlu turnirin davamlı olacağına əminliyini bildirən nazir yarışı açıq elan etdi. Beləliklə, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra reqataya start verildi.

Suqovuşan su anbarında baş tutan turnirin birinci günündə iştirakçılar kayak və kanoe növlərində mübarizə apardılar.

1 nəfərlik kayak qayığı ilə 200 və 500 metr məsafələrə yürüşdə Azərbaycan idmançılarından Çingizxan Səttarov, Emil Allahverdiyev, Fərid Məmmədov, Rüfət Rəhimov, Toğrul İsmayılzadə, Ceyhun Vəlixanov, Fuad Əsgərov, Riad İsmayılzadə, Amil Süleymanov, Ramil Mustafayev, Anar İsmayılov, Emil Əliyev, Qiyas Əhmədov, Emil Abdullayev, Nihad Rəhimov, Arif Həsənov, Rəşad Dadaşov və Əzimurad Hacızadə qüvvəsini sınadı. Qadınlardan isə Darina Həsənova və Beata Axundova start xəttinə çıxdı.

2 nəfərlik kayak qayığı ilə eyni məsafələrə yürüşdə Riad İsmayılzadə - Fərid Məmmədov, Çingizxan Səttarov - Rəsul Qədirov, Ramil Mustafayev - Rüfət Rəhimov, Amil Süleymanov - Anar İsmayılov, Əliyev Emil - Abdullayev Emil, Sübhan Həsənov - Azad Musayev, Rəşad Dadaşov - Qiyas Əhmədov, Maarif Qarayev - Ceyhun Vəlixanov və Rüstəm Hüseynov - Krişnadas Hüseynov cütlüyü tarixi yarışın iştirakçıları oldular.

1 nəfərlik kanoe qayığı ilə 200 və 500 metr məsafələrə yürüşdə Elmir Məmmədov, Sənan Məmmədov, Nicat Rəhimov, Nihad Hacıyev, qadınlar arasında isə Gülnarə Həmzəyeva çıxış etdi.

Mingəçevirdə təşkil olunan yarışın 2-ci günündə isə akademik avarçəkmə üzrə mübarizə getdi. 500, 1000 və 2000 metr məsafələrə yürüşdə Azərbaycanı Nurlan Paşayev, Rauf Nadirov, Rauf Çələbi, Nəsimi Cəfərov, Rəvan Salahov, Əli Zamanlı, Cavidan Gülməmmədov, Səid Məhərrəmov, Bəhruz Səfərov, Azər İlyasov, Fuad Məmmədov, Zaur Cəmilov, Fikrət Həsənov, Əli Məmmədzadə, həmçinin, Rauf Nadirov - Nəsimi Cəfərov, Nurlan Paşayev - Əli Zamanlı, Azər İlyasov - Sabir Məmmədov, Ümid Hüseynli - Nihad Saadov, Zaur Cəmilov - Fuad Məmmədov, Fikrət Həsənov - Əli Məmmədzadə, Bəhruz Səfərov - Məhəmməd Toliboyev, Tacir Hüseynov - Cavidan Gülmmədov və Anar Əhmədov - Abdulla Əfəndiyevdən ibarət cütlük təmsil etdi.

Yeniyetmə və gənclər arasında 5 yaş kateqoriyasında təşkil olunan yarışların birinci günündə Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medala sahib çıxdı. Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən ikinci yarış günündə isə millimizin qazancı 3 yaş kateqoriyasında 2 qızıl, 2 gümüş və 4 bürünc medal oldu. Azərbaycan komandası reqatanı ümumilikdə 9 qızıl, 12 gümüş və 12 bürünc medalla tamamladı. 

Ümumi komanda hesabında akademik avarçəkmə yarışlarında Azərbaycan, kayak və kanoe yarışlarında isə Türkiyə komandası birinci yeri tutdu.

Reqataya möhtəşəm bağlanış mərasimi ilə yekun vuruldu. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou təqdim edildi. Tədbirdə flaybordların çıxışı şəhər sakinləri tərəfindən böyük maraqla qarşılandı. Daha sonra isə səmaya dilək şarları buraxıldı. Konsert proqramı ilə davam edən tədbir möhtəşəm atəşfəşanlıqla başa çatdı.

Fanat.Az yarışın təşkili və yekunları barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyevin fikirlərini öyrənib.

"Prezident kuboku"nun tarixini xatırladan qurum rəsmisi iki illik fasilədən sonra işğaldan azad edilən torpaqlarda bərpa olunan turnirə qatılan komandaların təşkilatçılıqdan razı qaldıqlarını bildirib:

"Bildiyiniz kimi “Prezident kuboku” beynəlxalq reqatası 2008-ci ildən bu yana ənənəvi olaraq keçirilirdi. Lakin “COVİD-19” pandemiyası səbəbi ilə 2020 və 2021-ci illərdə bu yarış məcburi təxirə salındı. 2022-ci ildə yenidən turnir bərpa edildi. Ümummilli ider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən reqatanı əhəmiyyətli edən əsas amillərdən biri də azad olunmuş torpaqlarımızda ilk dəfə olaraq beynəlxalq yarışın təşkil olunması idi. Məlum olduğu kimi, 30 ilə yaxın müddətdə Ermənistan işğal altında olan ərazilərimizdə bütün infrastrukturu tamamilə məhv edib, həmçinin Suqovuşanda. Biz Suqovuşanda yarışın keçirilməsi üçün lazım olan hər şeyi yenidən qurduq. Turnirin təşkili üçün əlverişli vəziyyətə gətirdik. Suqovuşanda avarçəkmənin kayak və kanoe növündə yarışlar təşkil olundu. Yarışın rəsmi açılış mərasimindən sonra su üzərində şou və dövlət bayrağımızın rənglərini özündə əks etdirən şarların havaya buraxılması hər kəs tərəfindən böyük maraqla qarşılandı. Bu həm də azad olunan torpaqlarımızda yeni həyatın başlamasına və orada yenidənqurma işlərinin bariz nümunəsi idi. Həm qonaqlar, həm də Azərbaycana gələn Türkiyə, Özbəkistan, Moldova və Gürcüstan nümayəndə heyəti və idmançılar yarışın təşkilatçılığından məmnun qaldılar".

Əliyev bu kimi beynəlxalq yarışların təşkilinin ölkədə avarçəkmənin kütləviləşməsinə təkan verdiyini qeyd edib. O,  sonuncu turnirdən sonra müvafiq federasiyaya çoxsaylı müraciətlər daxil olduğunu diqqətə çatdırıb:

"Bu yarış ölkəmizdə avarçəkməyə marağı bir qədər də artırdı. Artıq bu idman növü ilə məşğul olmaq istəyən yeniyetmələrdən çoxsaylı müraciətlər federasiyamıza daxil olur. Əvvəldə də qeyd etdiyim kimi, “Prezident kuboku” reqatası Azərbaycanda ənənəvi hal alıb. Bundan sonra da bu ənənəni davam etdirəcəyik. Reqatanın növbəti illərdə təşkil olunması planlarımıza daxildir. Çalışacağıq ki, gələcək yarışlar daha geniş tərkibdə keçirilsin".

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X