20:23 15.05.2022 382

\"Futbolçuların çoxu paltardəyişmə otağında ağlayırdı\" - Murad Musayev 

"Sabah"ın baş məşqçisi Murad Musayev evdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri oyundan - Azərbaycan Premyer Liqasının 27-ci turunun matçından sonra mətbuat konfransına qatılıb.

Fanat.Az xəbər verir ki, Konfrans Liqasına vəsiqə qazana bilməyən komandanın rusiyalı çalışdırıcısı belə danışıb:

"Çoxlu emosiya var. Hər şeyə obyektiv qiymət verməyə çalışacağam. Avrokuboklara çıxmaq məsələsinə görə müəyyən təzyiq var idi. Buraxdığımız səhvlər bununla bağlı idi. Komandaya irad bildirə bilmərəm. 9 nəfərlə qaldığımız anda belə, hücum edib hesabı bərabərləşdirə bildik. Daha çoxuna ümid edirdik. Bu gün həddindən artıq, lazımsız səhvlərə yol verdik. Kimisə günahlandırmaq çətindir".

39 yaşlı baş məşqçi jurnalistlərin daim ona neqativ suallar verdiyini söyləyib: "Udduğumuz, heç-heçə etdiyimiz matçlardan sonra belə, futbolçularımı pisləyirsiniz. Sizin peşənizə hörmət edirəm. Hamınız yaxşı insanlarsınız. Bu cür suallar vermək işinizin bir hissəsidir. Amma yaxşı şeylərdən də danışmaq lazımdır. Komandadakı inkişafı görə bilmirsiniz? Razıyam, ilk hissədə rəqib kompakt oynadı. Xüsusilə, mərkəzdə boşluqlar tapmaq çətin idi. Daha çox cinahlardan asmalar edirdik".

O, hava şəraitindən və oyunun saat 17:00-a salınmasından da gileylənib: "Bakıda oyunların günorta saatlarına təyin olunmasını başa düşə bilmirəm. Daha əlverişli hava şəraitinin olduğu saatlarda oynamağımıza nə mane olur ki? Havaya görə qalib gələ bilmdəyimizi demirəm. Amin Seydiyevin qovulduğu epizodda qırmızı vərəqənin olmadığını düşünürəm. Çünki rəqib künc nöqtəsinə tərəf qaçırdı və digər oyunçumuz da Amini sığortalayırdı. Lakin istənilən halda səliqəli və ehtiyatlı oynamalı idi. Qapımıza qol vurulsaydı belə, qırmızı vərəqə almaqdan qaçmalı idi".

Musayev məğlubiyyəti təkcə psixoloji gərginliklə əlaqələndirməyib: "Taktiki səhvlərimiz də oldu. Amma futbolçular hər şeyin son turda həll olunmasını çox istəyirdilər. Bugünkü oyundan qorxmurdular. Fikrimcə, bir az məsuliyyət çatmadı. Halbuki bundan qaçmaq olardı. Futbolçuların çoxu paltardəyişmə otağında ağlayırdı. Heç kimi günahlandırmaq lazım deyil. Onlar istəyirdilər, sadəcə, belə alındı".

Mütəxəssis "Sabah"a yeni gələndə "Qəbələ"dən 11 xal geridə olduqlarını xatırladıb: "Hamı "Sabah"ın büdcəsindən danışır. Hansı büdcə? Bizim büdcəmiz "Qarabağ" və "Neftçi"dən geri qalır. "Qarabağ"a 1:5 uduzduğumuz oyundan sonra deyirlər ki, bu oyun sizin işinizin güzgüsüdür. Niyə? Halbuki ondan əvvəl "Zirə" ilə heç-heçə edib, "Neftçi" və "Keşlə"ni udmuşuq. Bu cür fikir bildirmk düzgün deyil, dostlar. Tənqidə qarşı deyiləm. Lakin obyektiv olmaq lazımdır".
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X