Kikboksçu Eduard Məmmədov Türkiyənin İstanbul şəhərində keçirilən WAKO versiyası üzrə Dünya Kubokunda qalib olub.
Fanat.Az xəbər verir ki, veteranlar arasında mübarizə aparan “Ağ canavar” ləqəbli idmançı 63 kiloqram çəki dərəcəsində üç döyüş keçirib. O, finalda türkiyəli Sırma Ecvet üzərində qələbə qazanıb.
Qeyd edək ki, E.Məmmədov bununla WAKO üzrə turnirin ümumilikdə 8-ci dəfə qalibi olub.