13-15 may tarixlərində İstanbulda yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında keçirilən kikboksinq üzrə VII "Turkish Open" beynəlxalq turnirində Azərbaycan idmançıları 48 medal qazanıb.
Fanat.Az xəbər verir ki, mükafatlardan 13-ü qızıl, 9-u gümüş və 27-si bürünc medal olub. Bu nəticə ilə Azərbaycan komandası 5-ci yeri tutub.
İlk dəfə bu yarışda kikboksinqin "Point Fighting" növü üzrə mübarizə aparan millimiz altı bürünc medal qazanıb. Həmin idmançılar ölkəmizi Konyada keçiriləcək V İslam Həmrəylik Oyunlarında təmsil edəcək.
Qeyd edək ki, kikboksinq millimizin İslamiadadan öncə daha bir beynəlxalq yarışda çıxışı gözlənilir. Bu, 2-5 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Dünya Kubokudur.