14:10 29.05.2022 742

"Azərbaycan bayrağı" ordenli qazi: "Məqsəd paralimpiya çempionluğudur"

"Paralimpiya hərəkatına bu ilin yanvarından qoşulmuşam. Qısa, dörd aydan bir az çox müddətdə 11.71 metr nəticə göstərib Qran-Pridə qızıl medal qazanmağımı hər kəs böyük uğur kimi qiymətləndirdi".

Bunu Fanat.Az-a açıqlamasında İsveçrənin Nottvil şəhərində keçirilən Qran-Pri turnirində nüvəitələmə üzrə qızıl medal əldə edən Azərbaycan para-atleti Rasim Yaxin deyib. 

Gizir rütbəsində xidmət etdiyi Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin sıralarında 44 günlük Vətən müharibəsində iştirak etmiş qazi keçdiyi döyüş yolundan və yaralanmasından danışıb:

"1988-ci ildə Bakıda anadan olmuşam. Milliyyətcə tataram. Uşaqlıqdan idmana böyük həvəsim olub. Ciu-citsu, güləş, ağırlıqqaldırma ilə məşğul olmuşam. Ümumiyyətlə, hər zaman aktiv həyat tərzi keçirmişəm. Silahlı qüvvələrdə xidmət etmək uşaqlıq arzum idi. Nəticədə 2011-ci ildə Daxili Qoşunların sıralarına qoşuldum. Vətən müharibəsinin ilk günündən döyüşlərə atıldıq. Murovdan başlayan yolumuz Şuşaya kimi davam elədi. Noyabrın 7-də düşmənin tank mərmisinə tuş gəldim. Nəticədə sol əlimi və sol gözümü itirdim. Müharibədən sonra Prezident, cənab Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Azərbaycan bayrağı" ordeni, "Döyüşdə fərqlənməyə görə" medalı, həmçinin Kəlbəcərin, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azad olunmasına görə medallarla təltif olundum".

O, Paralimpiya hərəkatına gəlişinin tarixçəsi barədə məlumat verib:

"Qeyd etdiyim kimi, uşaqlıqdan idmanın bir neçə növü ilə məşğul olduğumdan, hər zaman aktiv həyat tərzi keçirdiyimdən, yaralandıqdan sonra boş otura bilməzdim. Yenidən idmana üz tutmaq qərarına gəldim. Komitədən nüvəitələmə ilə məşğul olmağım məsləhət bilindi. Yanvar ayından yığma komanda ilə birgə hazırlıqlara başladıq. Baş məşqçi Oleq Panyutin və komanda yoldaşlarımın, xüsusən paralimpiya və dəfələrlə dünya çempionu Oloxan Musayevin üzərimdə zəhməti çoxdur".

34 yaşlı Yaxin paralimpiyaçı kimi hədəflərini açıqlayıb. İdmançı həmçinin digər qazilərə də səslənib:

"Qarşıdakı dünya çempionatında və ən əsası Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal  qazanmaq istəyirəm. Məqsədim sadəcə çempionluqdur. Hesab edirəm ki, siftəni qızıl medalla etməyim mənə əsas hədəflərimi reallaşdırmaq üçün böyük stimul verəcək.

Bütün qazi yoldaşlarımı boş oturmamağa, idmanla məşğul olmağa çağırıram. Qoy qəhrəman qazilərimiz döyüşçü kimi qazandığı uğurları idmanda da davam etdirsinlər. Vətənin bayrağın ucaldıb, himnini səsləndirmək hər zaman böyük şərəfdir".

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X