14:53 07.06.2022 680

\"Hamımız məyus olduq...\" - Sənan Qurbanov

Azərbaycan millisi dünən UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Canni De Byazinin yetirmələri Serbiyada Belarusla üz-üzə gəlib. Birinci turda səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzan təmsilçimiz qolsuz bərabərlik sayəsində 1 xal qazanıb. 

"Şamaxı" ("Keşlə") klubunun sabiq baş məşqçisi Sənan Qurbanov Fanat.Az saytına açıqlamasında millimizin UEFA Millətlər Liqasının ilk iki oyunu barədə fikirlərini bölüşüb:

"Başlayaq Qazaxıstanla oyundan. Hamımız məyus olduq... Oyuna əslində pis başlamadıq. O görüşdə qələbə bizim üçün çox vacib idi. Çünki qrupdan çıxmaq lazımdır. Məğlub olmağımız futbolçuları müəyyən qədər həvəsdən saldı.

Belarusa qarşı oyunda da üç xal gözləyirdik... Bu matçı heç-heçə başa vurub bir xala yiyələnməyimiz şanslarımızı azaldır.  Üstəlik, Qazaxıstan da gözlənilmədən səfərdə Slovakiyaya qalib gəldi. Belə baxsaq, qrupun favoriti Slovakiya millisi göstərilirdi. Açığı, elə Qazaxıstanla oyunda ilk hissədəki şanslarımızı dəyərləndirsəydik, həmin matçdan qalib kimi də ayrıla bilərdik. Düzülüşlə bağlı bəzi problemlərdən danışmaq olar. Amma ən doğrusunu millimizin baş məşqçisi bilir. Futbolçuları o hazırlayır. Daha düzgününü də De Byazi bilər. Azarkeş olaraq bizə qalan baxıb millimizi dəstəkləməkdir. Ən doğrusunu, nəyi necə etməli olduğunu baş məşqçi bilər". 

Azərbaycan yığmasının yarımmüdafiəçisi Azər Salahlı bir mövsüm Sənan Qurbanovun başçılığı altında "Keşlə"də çıxış edib. 41 yaşlı mütəxəssis onun yığmadakı oyunu ilə bağlı da danışıb: 

"Azər çox çalışqan futbolçudur. Həddən artıq çalışqandır. Futbola tam olaraq peşəkarcasına yanaşır. Hamımız bilirik ki, müdafiədə yaxşı təsir bağışlayır. Düşünürəm ki, ondan arxa xətdə istifadə etsək, daha məqsədəuyğun olar. Amma yenə də qeyd edirəm ki, bu, baş məşqçinin seçimidir. De Byazi onu həmin mövqedə oynadırsa, deməli, belə də lazımdır". 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X