Mini-futbol üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsində bu gün növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Slovakiyanın Koşitse şəhərində təşkil olunan qitə birinciliyində qrupda 2-ci yeri tutaraq pley-offa vəsiqə qazanan futbolçularımız 1/8-də İsraillə qarşılaşıb.
Elşad Quliyevin başçılıq etdiyi milli rəqibini 3:0 hesabı ilə məğlub edərək 1/4 finala adlayıb. Yığmanın heyətində Mirmehdi Rzayev, Elvin Əlizadə və qapıçı Davud Kərimi fərqləniblər.
Millinin növbəti mərhələdəki rəqibi Slovakiya - Gürcüstan cütünün qalibi olacaq.
Mirağa