14:11 13.07.2022 2945

"Qarabağ"ın növbəti rəqibini - "Sürix"i yaxından tanıyaq 

Ötən gün "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda səfərdə yenildiyi (0:1) Polşa "Lex"ini 5:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adladı. II təsnifat mərhələsində "köhlən atlar"ın rəqibi sonuncu İsveçrə çempionu "Sürix" klubu olacaq.

Fanat.Az həmin komanda barədə bəzi vacib məlumatları təqdim edir:

Klubun yaranma tarixi:

"Sürix" İsveçrənin eyniadlı şəhərini təmsil edən peşəkar futbol klubudur. 1896-cı ildə yaradılıb. 125 yaşlı "qoca" İsveçrənin ən titullu klublarından biridir. Komanda ev oyunlarını 25 000 tamaşaçı tutumuna malik "Letziqrund" stadionunda keçirir. 

"Sürix" və "Qrasshopper" komandaları arasında keçirilən oyun Sürix şəhərinin derbisi kimi qiymətləndirilir. İsveçrənin ən vacib və möhtəşəm qarşıdurması hesab olunur.

Qeyd etməliyik ki, futbol üzrə Azərbaycan millisinin futbolçusu Renat Dadaşov iyulun 9-u 2 iiilik müqavilə ilə "Qrasshopper" klubuna transfer olunub. Hücumçumuz 2020-ci ildə də bir mövsüm icarə əsasında həmin klubda forma geyib.

2015/16 mövsümündə "Sürix" İsveçrə Superliqasında sonuncu yerini tutaraq çempionatı tərk edib. Bir mövsüm II divizionda çıxış edən komanda 2017/18-ci illər mövsümündə yenidən elitaya qayıdıb. 

Ötən mövsüm paytaxt təmsilçisi 12 illik fasilədən sonra İsveçrə çempionluq sevinci dadmağı bacarıb. Çempionluğu 10 ildən çox gözləyən komanda mütəmadi olaraq ölkə kubokunu başı üzərində qaldıra bilib (1966, 1970, 1972, 1973, 1976, 2000, 2005, 2014, 2016, 2018).

Klub Superliqaya qayıdandan sonra 2018/19 mövsümündə yenidən Avropa Liqasında çıxış edib.

Baş məşqçi 

Klubun yeni çalışdırıcısı almaniyalı mütəxəssis Franko Fodadır. 56 yaşlı mütəxəssis baş məşqçi olaraq daha əvvəl Avstriyanın "Şturm" və Almaniyanın "Kayzerslautern" klubunda çalışıb. O, 2017-ci ildən 2022-ci ilə qədər Avstriya millisinin baş məşqçisi olub. Foda bu ilin yayından "köhlən atlar"ın növbəti rəqibini məşq etdirir.

Avstriya millisində daha çox 4-4-2 və 4-3-3 düzülüşünə üstünlük verən çalışdırıcı UEFA Millətlər Liqasında bu mövsüm 4 oyuna cəmi 4 xal toplayıb və keçmiş komandasını A qrupunda 3-cü pillədə olarkən tərk edib. 

Foda "Şturm"un çalışdırıcısı qismində 137 oyuna 64 qalibiyyət 30 heç-heçə və 43 məğlubiyyətlə yadda qalıb. 

Baş məşqçi olaraq nailiyyətləri: 

Avstriya Kubokunun qalibi: 2009/10
Avstriya Bundesliqasının çempionu: 2010/11
 
"Sofascore" portalının verdiyi əmsallara əsaslanaraq demək olar ki, "Sürix"in müdafiəçisi - Mirlin Kryueziu (7.22),  yarımmüdafiəçiləri - Antonio Markezano (7.33) və Usman Dumbia (7.05) rəqib komandalar üçün daha çox çətinlik yaradan oyunçulardır. 

Usman Dumbia

 

"Sürix"in keçirdiyi son 5 yoxlama oyunu:

Taluill - Sürix 0:7
Sürix - Baden 11:0 
Sürix - Uill - 3:2 
Viktoria Köln - Sürix  1:3 
Ştutqart - Sürix 3:2 

İsveçrə Superliqası bir çox çempionatlardan fərqli olaraq iyul ayının ikinci ongünlüyündə başlayır. Belə ki, "Sürix" klubu iyulun 16-sı "Qarabağ"la oyundan öncə yerli çempionatda "Yanq Boyz"la qarşılaşacaq. İyulun 23-də, cavab oyunu öncəsi isə "Sürix" Superliqanın II turu çərçivəsində "Lutsern"ə qarşı gücünü sınayacaq.

İsveçrə futbol ictimaiyyəti "Sürix"in sonuncu çempionluğunu bir qədər təsadüfi sayır. Onların fikrincə, ölkənin daha parlaq çıxış edən "Bazel" və "Yanq Boyz" klubları ötən mövsüm UEFA ÇL və KL-dəki oyunlarına daha çox önəm verdikləri üçün ölkə çempionatına ikinci cəbhə gözüylə baxıb və nəticədə yalnız ölkə kuboku və yerli çempionatda iştirak edən "Sürix" mövsümü çempion kimi başa vurub. 

İyulun 19-da Bakı vaxtı ilə saat 21:00-da "Qarabağ" Tofiq Bəhramov adına respublika stadionunda  "Sürixi" qəbul edəcək. Cavab oyunu isə elə həmin ayın 27-ci İsveçrədə baş tutacaq. 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X