Azərbaycan qılıncoynadanı Anna Başta Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 27 yaşlı sablyaçımız həlledici dueldə yaponiyalı Misaki Emura ilə üz-üzə gəlib.
Rəqibinə 10:15 hesabı ilə uduzan Başta gümüş medalla kifayətlənib.
*** 20:30
Azərbaycan qılıncoynadanı Anna Başta Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, dünya reytinqinin lideri olan 27 yaşlı idmançı mübarizəyə 1/32 finaldan qoşulub. Burada Heddis Valentinə (Dominikan Respublikası) 15:9 hesabı ilə qalib gələn Başta daha sonra ardıcılııqla Medison Zurqudu (Kanada) 15:8, Martina Kriskionu (İtaliya) 15:6, Teodora Qkountaranı (Yunanıstan) 15:11, Despina Georgiadunu (Yunanıstan) 15:9 hesabı ilə yenərək həlledici görüşə vəsiqə qazanıb.
Sablyaçımızın finaldakı rəqibi yaponiyalı Misaki Emura olacaq.
Bu gün mübarizəyə qoşulan digər təmsilçilərimiz Səbinə Kərimova və Sevil Bünyatova isə 1/32 finalda məğlub olublar. Səbinə Ji Yeon Kimə (Koreya) uduzub - 12:15. Sevil isə Eloisa Passaro (İtaliya) ilə bacarmayıb - 12:15.