15:18 31.07.2022 197

"Stolüstü tennisçilərdən İslamiadada uğurlu nəticələr gözləyirik" - Fərhad İsmayılov

Stolüstü tennisçilər Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəylik Oyunlarına hazırlığı yekunlaşdırmaq üzrədirlər.

Fanat.Az xəbər verir ki, seçmə komanda iyulun 21-də Qax Olimpiya İdman Kompleksində başlanan təlim-məşq toplanışını başa vurub. Baş məşqçi Mixail Timofeyev və böyük məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında keçirilən hazırlıq prosesində 10 idmançı iştirak edib.

Komandanın böyük məşqçisi Fərhad İsmayılov federasiyanın mətbuat xidmətinə açıqlamasında sonuncu təlim məşq toplanışını qiymətləndirib:

“İlin əvvəlindən İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşırıq. Bunadək həm ölkə daxilində, həm də, Türkiyədə toplanışlarda olmuşuq. Növbəti təlim-məşq toplanışını da, uğurla başa vurduq. Qax Olimpiya İdman Kompleksində keçirilən hazırlıq prosesində əsasən taktiki və texniki çalışmalara üstünlük verdik. İdmançılarımız 10 gün davam edən məşqlərdə böyük həvəslə iştirak etdilər. Komandanın əhval-ruhiyyəsi yüksək səviyyədədir. Demək olar ki, yarışa tam hazırıq. Avqustun 5-də Konya şəhərinə yola düşəcəyik. Bu tarixədək Bakıda hazırlığın “son akkordları vurulacaq”.  İslamiadada komandamızdan uğurlu nəticələr gözləyirik. Ümid edirəm ki, tennisçilərimiz onlara bəslənən etimadı doğruldacaqlar”.

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarında Vəzir Allahverdiyev, Nihad Məmmədov, Emin Məmmədov, Adil Əhmədzadə,  Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Mərziyyə Nurmətova bacarığını göstərəcək. Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə görüşləri idarə edəcək.    
Stolüstü tennisçilərin İslam Həmrəyliyi Oyunlarında mübarizəsinə avqustun 7-də start veriləcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

Facebookdan bizi izləməyi unutmayın.
X