Azərbaycan şpaqaçısı Ruslan Həsənov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında yarımfinala yüksəlib.
Fanat.Az xəbər verir ki, qrup mərhələsini 4 qələbə ilə bitirən idmançı pley-offda türkiyəli Ege Say Aliyə 15:8 hesabı ilə qalib gəlib.
Həsənov 1/8 finalda Səudiyyə Ərəbistanını təmsil edən Cavad Əldavudu 15:8, ardınca isə iordaniyalı İyad Odehi 15:11 hesabı ilə üstələyib.
Şpaqaçı finalın bir addımlığında Özbəkistan idmançısı Fayzulla Alimovla qarşılaşacaq.
Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.