Sablya üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, yığma qızıl medal uğrunda həlledici qarşılaşmada Özbəkistan seçməsi ilə qarşılaşıb.
Rəqibinə 45:34 hesabı ilə qalib gələn Azərbaycan millisi İslamiadanın qalibi olub.
*** 17:52
Sablya üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, yığma yarımfinalda İran seçməsinə 45:22 hesabı ilə qalib gəlib.
Azərbaycan komandasının həlledici qarşılaşmadakı rəqibi Türkiyəni 45:31 hesabı ilə məğlub edən Özbəkistan olacaq. Görüş bu gün Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.