Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət kollektiv finalda İran seçməsi ilə qarşılaşıb. Rəqibinə 45:35 hesabı ilə qalib gələn yığma fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi İslamiadanın qalibi olub.
***
Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, yığma yarımfinalda Özbəkistana 45:32 hesabı ilə qalib gəlib.
Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət kollektiv həlledici görüşdə İran seçməsi ilə üz-üzə gələcək.
***
Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.
Azərbaycan Qılıncoynatma Federasiyasından Fanat.Az-a verilən məlumata görə, Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət seçmə kollektiv kişi şpaqaçıların komanda yarışında 1/4 finalda Birləşmiş Ərəb Əmirlikləri yığmasına 45:33 hesabı ilə qalib gəlib.
Milli yarımfinalda Özbəkistan yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.