15:33 30.08.2022 229

Bakıdakı Premyer Liqa turnirinə qatılacaq karateçilər açıqlandı

2-4 Sentyabr tarixlərində Bakıda ilk dəfə Karate1 Premyer Liqa turniri keçiriləcək.

Fanat.Az xəbər verir ki, yarışa Azərbaycan milli komandasının 16 üzvü qatılacaq. 

Kişilərin baş məşqçisi Qurban Tağıyev 60 kq çəki dərəcəsində Əminağa Quliyev və Sultan Hüseynovu, 67 kq-da Tural Ağalarzadə, Firdovsi Fərzəliyev və Rafiz Həsənovu, 75 kq-da Fərid Ağayevi, 84 kiloqram çəki dərəcəsində Turqut Həsənov, Pənah Abdullayev və Ayxan Mamayevi, +84 kq çəkidə isə Asiman Qurbanlı və Murad Hacızadəni heyətə cəlb edib. 

Qadınların baş məşqçisi Denis Morozov İnci Əzizovanın (-50 kq), Mədinə Sadiqovanın (-55 kq), Ayla Rzazadənin (-61 kq), İrina Zaretskanın (-68 kq) və Fəridə Əliyevanın (68+ kq) liqa turnirinə qatılmasına üstünlük verib.

Premyer Liqanın mövsümdəki dördüncü mərhələsində 58 ölkədən 347 tanınmış karateçi iştirak edəcək. Onların arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçıları var. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçiriləcək. 

12 kateqoriyanın hər birində 32-dək idmançı mübarizə aparacaq. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.

Karate1 Premyer Liqa turniri dairəvi sistemlə (Robin round) keçirilir. Hər bir döyüşə görə idmançıların yığdığı xallar dünya reytinq cədvəlində və Premyer Liqaların xüsusi reytinq cədvəlində toplanacaq. Bu xallar həmçinin növbəti Avropa Oyunlarına vəsiqələrin verilməsində rol oynayacaq. 

Yarışı 22 ölkədən 55 hakim idarə edəcək. Federasiyanın baş hakimi və beynəlxalq dərəcəli hakim Cahangir Babayev başda olmaqla, 10 beynəlxalq və 6 milli dərəcəli hakimimiz yarışı idarə edənlər arasında olacaq. Turnirdən bir gün əvvəl isə məşqçilərin növbəti beynəlxalq kursu keçiriləcək. 

Premyer Liqanı izləmək üçün WKF-in prezidenti Antonio Espinosla yanaşı, dünya karatesinin bir sıra nüfuzlu rəsmi şəxsləri də paytaxtımızda qonaq olacaq. Karate1 Premyer Liqa turnirinin Bakı mərhələsi Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək. 1 Sentyabrda yarışla bağlı keçirilən Mətbuat Konfransında (Hyyat Regency oteli, saat 17:00) WKF-in prezidenti Antonio Espinos və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov iştirak edəcək.  

Turnirin ilk iki günü seçmə mərhələnin çıxışları, bazar günü isə final görüşləri keçiriləcək. Mükafatlar uğrunda həlledici görüşlər televiziya ilə canlı yayımlanacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

Facebookdan bizi izləməyi unutmayın.
X