12:28 05.09.2022 204

Vüqar Əhmədov FİSA prezidenti ilə görüşdü

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov Beynəlxalq Avarçəkmə Federasiyasının (FISA) prezidenti Jan Kristof Rollandla görüş keçirib.

Fanat.Az-ın xəbərinə görə, FISA-nın İsveçrənin Lozanna şəhərində yerləşən mənzil-qərargahında baş tutan görüşdə ölkəmizdə avarçəkmənin tarixi, inkişaf mərhələsi, bu günü və gələcək planları haqqında məlumat verilib. 

Qeyd olunub ki, hələ ötən əsrin ortalarında ümumilli lider Heydər Əliyevin  ilk hakimiyyəti dönəmində Azərbaycanda 11 müstəqil avarçəkmə klubu fəaliyyət göstərib. O vaxtlar təşkil edilmiş “Mingəçevir Reqatası”nda nəinki Sovetlər Birliyi, eləcə də Avropanın bir çox ölkələrinin idmançıları iştirak edib. 1964-cü ildə istifadəyə verilən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçmiş SSRİ ölkələri ilə yanaşı, əvvəlki Yuqoslaviya, Bolqarıstan, hətta Kuba komandaları da təlim-məşq keçib. 

AKAF-ın rəhbəri Vüqar Əhmədov bildirib ki, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idmana və idmançılara böyük diqqət ayırır. İlham Əliyevin müvafiq tapşırıqları əsasında “Kür” Olimpiya Tədris-İdman Mərkəzi 2010-cu ildə əsaslı təmir edilib. Hazırda bütün beynəlxalq standartlara tam cavab verən “Kür” OTİM-də Bakı-2015 birinci Avropa Oyunlarının avarçəkmə yarışları yüksək səviyyədə təşkil olunub.
Görüş zamanı Azərbaycan idmançılarının beynəlxalq yarışlar – Avropa və Dünya çempionatları, həmçinin Olimpiya oyunlarında çoxsaylı mükafatlar qazanması FISA prezidentinin diqqətinə çatdırılıb. Cari ilin may ayında Suqovuşan su anbarında və Mingəçevir şəhərində təşkil olunan kayak-kanoe və akademik avarçəkmə üzrə “Prezident Kuboku” beynəlxalq reqatası ilə bağlı videoçarx Jan Kristof Rollanda nümayiş etdirilib. Qeyd olunub ki, Azərbaycanda avarçəkmə idman növünü daha da inkişaf etdirmək üçün yeni su hövzələrinə baxış keçirilir və müvafiq infrastrukturun yaradılması üçün işlər görülür. 

Görüş zamanı qarşılıqlı əlaqələrin gələcək inkişafı, beynəlxalq federasiya prezidentinin ölkəmizə səfərinin təşkili müzakirə olunub. Qarşıdakı illərdə sahil avarçəkməsi üzrə Dünya və ya Avropa çempionatının Azərbaycanda təşkil olunması ilə bağlı fikir mübadiləsi aparılaraq bu istiqamətdə işlərin davam etdirilməsi ilə bağlı razılıq əldə edilib. 

Görüşün sonunda Beynəlxalq Avarçəkmə Federasiyasının prezidenti Jan Kristof Rolland görülən işləri yüksək qiymətləndirib. Jan Kristof Rolland Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına hər zaman dəstək verməyə hazır olduqlarını deyərək federasiyamıza gələcək fəaliyyətində uğurlar arzulayıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

Facebookdan bizi izləməyi unutmayın.
X