14:50 06.09.2022 455

Tərlan Əhmədov "Kəpəz"ə nə verə bilər? 

Uzun fasilədən sonra elitaya qaytarılan "Kəpəz"in baş məşqçisi yaşar Vahabzadənin gec-tez postundan ayrılacağı gözlənilən idi. Xüsusi heç nə baş vermədi. Ardıcıl 5 məğlubiyyətdən sonra azarkeşlərin istefaya səslədiyi Yaşar bəy yola salındı...

Əlbəttə, problemlər məngənəsində boğulan klubun əsas komandasının "sükanı arxası"na keçmək istənilən mütəxəssis üçün böyük risk idi. Yekunda məlum şərtlər fonunda işləməyə razılaşan isə Tərlan Əhmədov oldu.

Sual yaranır: Əhmədov "Kəpəz"ə yeni nəsə verə biləcək mütəxəssisdirmi? O, maddi çatışmazlıqları olan, öz stadionunda oynaya bilməyən komandaya uğur qazandırmağı bacararmı?

"Kəpəz" real hədəfi 

Gəncə futbolunun indiki durumu göz qabağındadır. Bəlli məsələdir ki, AFFA-nın ianəsi və tapılacağı halda, kənar sponsorların da müəyyən dəstəyi fonunda ayaqda qalmağı hədəfləyən "Kəpəz" qarşısına reallıqla uzlaşmayan hədəflər qoya bilməz. Hazırda heyətdəki futbolçular əməkhaqqılarını da almayıblarsa, bu yöndə dərin araşdırmalara ehtiyac yoxdur. 

Oyunçuların böyük əksəriyyətini formasını geyindiyi klubla mənəvi bağların bağlamadığını, Gəncənin futbolçu resurslarının fərqli heyət formalaşdırmağa imkan vermədiyini xatırlamalıyıq. Belədə, ən azı futbolçuların maaşının vaxtında ödənilməsi təmin edilməlidir. Böyük çatışmazlıqlar öz yerində, belə həssas məsələlərin qabarması çətin olan vəziyyətin bir qədər də çətinləşə biləcəyi anlamındadır. Yəni məhdud maliyyədən düzgün istifadə olduqca önəmlidir. "Kəpəz"in real hədəfi isə elitada qalmaq, yekunda Misli Premyer Liqasındakı mübarizəni son pillədə başa vurmamaqdır. Digər tərəfdən, daha yaxşı seleksiya fonunda uğurlu oyun modeli yaratmaq və belə desək, başqa iştirakçılara badalaq vurmaq, güclülərlə duellərdən xal və xallar qazanmaq olar. Təəssüf ki, daha artığı barədə danışmaq mövcud gerçəkliklə uzlaşmaz.

Azarkeşlər də bilirlər

"Kəpəz" tərəfdarlarının komandanın ev oyunlarını Gəncədə keçirə bilməməsinə, kluba məxsus avtobusun olmamasına, Nizami yurdunun adından oynayan kollektivin aşkar autsayder imici formalaşdırmasına qarşı çıxması müəyyən mənada başadüşüləndir. Elitada çıxış etməyə tam hazır olmadığı halda, qarşısında AFFA tərəfindən "yaşıq işıq yandırılan" "Kəpəz"i belə görmək istəməyən tərəfdarları qınamaq mübahisəli məsələdir. Hərçənd nəticələrin, oyun səviyyəsinin necəliyindən asılı olmayaraq, müxalif mövqedə qalmağı qarşısına məqsəd qoyan azarkeşlər kimi mümkün olanın ən yaxşısını görmək istəyənlər də var. Ümumi baxsaq, gəncəli tərəfdarlar Tərlan bəyin baş məşqçi postuna təyinatının əleyhinə deyil. Sosial şəbəkələrdəki postlara, mediaya sızan müxtəlif informasiyalara əsasən, belə qənaətə gəlmək olar.  Şübhəsiz, azarkeşlər də vəziyyətin nə yerdə olduğunu bilirlər və uğurlu məşqçi fəaliyyəti sayəsində bu komandadan daha yaxşısını qurmağın mümkünlüyünü anlayırlar. Yeni çalışdırıcı hər şeydən öncə azarkeşlərlə münasibətləri düzgün istiqamətdə inkişaf etdirməyin təməlini qoymalı, onları sevindirmək, hər şeyi yaxşıya doğru dəyişmək üçün "Kəpəz"də olduğunu sübut etməlidir. 

Az büdcə ilə iş təcrübəsi

Millinin sabiq kapitanı az büdcə ilə iş təcrübəsinə malik mütəxəssidir. 2014-2017-ci illər aralığında AZAL-ı çalışdıran Əhmədov "Keşlə"də (2018-2020) yetərincə uğurlu fəaliyyətlə yadda qalıb. 2019/20 mövsümündə çempionatın bürünc medallarını qazanan bu mütəxəssisin qurduğu komandanın iddialılara necə problemlər yaratdığı, aqressiv və maraqlı futbolla diqqət çəkdiyi yəqin ki, unudulmayıb. Hələ "Neftçi"də, mərhum Böyükağa Hacıyevin köməkçisi qismində çalışdığı dönəmdə (2011-2013) "ağ-qaralar"ın ölkə futbolu tarixində ilk dəfə Avropa Liqasının qrupuna düşməsində xüsusi pay sahibi olan Tərlan bəyin təcrübəsinin "Kəpəz"də işə yarayacağını proqnozlaşdırmaq çətin deyil. 

O, komandada həmişə bossdur

50 yaşlı mütəxəssisin baş məşqçisi olduğu komandalarda futbolçulardan ilk növbədə əzmkarlıq tələb etdiyini, komandadaxili intizam məsələlərinə həssas yanaşdığına şahidlik etmişik. Məşqə gecikən, fərdi davranışı ilə ümumi ab-havanı pozan, meydanda kollektiv yox, özü üçün oynayan futbolçuların Əhmədovun "qara siyahısı"na düşdüyünü və yekunda komandadan uzaqlaşdırıldığını az görməmişik. Artıq onun ilk məqşdəcə hücumçu Rauf Əliyevə sərt üzünü göstərdiyi barədə xəbərlər yayılıb. "Kəpəz" rəhbərliyi bu çalışdırıcının öz iş metodundan faydalanmasına əngəl yaratmayacağı, əksinə, onun heyətlə bağlı qərarlarını tam dəstəkləyəcəyi təqdirdə, əməkdaşlığın daha uğurlu alınacağı şübhə doğurmur. 

Qışa qədər vaxt verilməlidir

Tərlan bəy müddəti mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qol çəkib. Deməli, onun yanvaradək Vahabzadənin qurduğu heyətlə mübarizə aparmaq məcburiyyətində qaldığı da faktdır. Doğrudur, azad agent statusu daşıyan futbolçuları mövsümün gedişində də heyətə qatmaq olar. Ancaq razılaşaq ki, "Kəpəz"in verdiyi maaşla bunu etmək çətin missiyadır. Hərçənd Əhmədovun özünün də geniş əlaqələri var və bu, heyətin yaxşılaşdırılması baxımından müəyyən perspektiv vəd edən məqamdır. Gəncə təmsilçisinin baş məşqçisinin İstər AZAL-da, istərsə də "Keşlə"də şans verdiyi gənclərin siyahısını hazırlasaq, ortaya samballı siyahı çıxar.

Bir sözlə, Əhmədovu qışa qədər həm azarkeşlər, həm də rəhbərlik dəstəkləməli, mayda isə bütün şərtlər nəzərə alınaraq fəaliyyəti qiymətləndirilməlidir. Bizə isə "Kəpəz"in baş məşqçisinə uğurlar arzulamaq və sonrakı prosesləri izləmək qalır. 

Fanat.Az 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X