Azərbaycanın MMA idmançısı Nəriman Abbasov Las-Veqasda (ABŞ) "Dana White’s Contender Series" (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində ilk döyüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 28 yaşlı idmançı debütünü braziliyalı İsmael Bonfimə qarşı keçirib.
Döyüş Bonfimin (30-27, 30-27, 29-28) qələbəsi ilə başa çatıb.
Beləliklə, Azərbaycanın 28 yaşlı təmsilçisi karyerasında dördüncü dəfə məğlubiyyətlə üzləşib.
A BIG moment for Ismael Bonfim in the first 💥
— UFC (@ufc) September 7, 2022
[ #DWCS is LIVE on @ESPNPlus ] pic.twitter.com/leiulucJFC
Xatırladaq ki, Abbasov daha əvvəl “AMC Fight Nights” turnirində Marif Pirayevlə dueldə (30-5) yüngül çəki dərəcəsində çempion titulunu qoruyub.