09:00 09.09.2022 697

"10 nömrə" haqda yazı - 26 yaşlı milli üzvü "böyüyə" bilərmi?

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Onu yerli "qaymaqlar"dan biri, futbol ictimaiyyətinin maraqla izlədiyi futbolçu adlandırmaq olar.

Moskva "Spartak"ının yetirməsi karyerasının Azərbaycanaqədərki bölümünü Rusiyanın elita klublarında keçirməsə də, Moskva "Torpedo"sunun liderlərindən biri idi.

Təbii, ötən yay adı "Neftçi" ilə yanaşı çəkilən azərbaycanlı yarımmüdafiəçinin 3 il "Sumqayıt"da qalmasının özü bir sıra suallara meydan verir. Ancaq mətbuatla gec-gec ünsiyyət quran Azərbaycan yığmasının üzvünün indikindən daha yaxşı olmaq perspektivi də tükənməyib.

Hə, söhbət hər azərbaycanlı oyunçuda olmayan futbol mentaliteti, meydanı görmək bacarığı, vuruş texnikası və belə desək, effektli topuğu ilə diqqət mərkəzinə düşən Rəhim Sadıxovdan gedir.

Sentyabrdan sentyabra - 3 il 

Bu gün formasını geyindiyi "Zirə" Rəhim Sadıxovun Azərbaycanda üz-üzə gəldiyi ilk rəqib olub. "Sumqayıt"ın heyətində 2019-cu ilin sentyabrında debüt edən yarımmüdafiəçi Samir Abasovun çalışdırdığı "qartallar"a qarşı görüşün 64-cü dəqiqəsində forma şansı qazanmışdı. Sumqayıtda baş tutan həmin qarşılaşmada komandası 1:2 hesabı ilə yenilmiş, millidə oynamaq perspektivini də nəzərə alaraq Azərbaycana gələn 23 yaşlı Rəhim xüsusi nə iləsə yadda qalmamışdı...

Misli Premyer Liqasının ötən turunda 26 yaşlı Rəhimin yeni komandası "Dalğa Arena"da "Qəbələ"ni qəbul etdi. Hesabı matçın 35-ci dəqiqədə penaltidən qonaqlar açsa da, hücumçu mövqeyində yer alan Sadıxov iki mükəmməl qolla "Zirə"yə vacib qələbə qazandırdı. 

Şübhəsiz, ölkə standartları üzərindən baxsaq, 26 yaşlı futbolçunun işləri tam qaydasındadır. O, burada olduğu 3 ildə "kimyaçılar"la titul qazanmasa belə, komandasının əsas heyət üzvü olub, 16 qol vurub. Sadıxov 2020-ci ilin 8 sentyabr tarixindən dəvət aldığı Azərbaycan yığmasının forması ilə 9 oyunda tər tökməyə də imkan tapıb. Hələ əsas millidə ( Rəhim ölkəmizin U-17 və U-19 yığmalarında da oynayıb) qol hesabını açmayan yarımmüdafiəçinin seçmənin forması ilə yaxşı futbol sərgilədiyi görüşlər də var. 

O yalnız "10 nömrə" deyil

Sadıxov daha çox mərkəz yarımmüdafiəçisi funksiyasını yerinə yetirir. Meydanda "incə işlər" görən, hücumçuları  yaxşı "qidalandıran", cərimə zərbələri zamanı rəqiblərə çətin anlar yaşadan "10 nömrə" reaktiv sürətlə seçilmir. Hərçənd onun meydanda gəzdiyini də söyləmək absurddur. Moskva klubunun yetirməsinin bəlli bir sürəti var və bu, onun daxili turnirlərdə önəmli fiqur sayılmasına kifayət edir. Bir neçə mövqedə oynaya bilməsi isə yarımmüdafiəçinin əlavə üstünlüyüdür.

Rəşad Sadıqovun rəhbərliyi altında MPL-in son turunda "saxta 9" ampluasında qərarlaşan Sadıxovun iki baxımlı qolla matçın əsas qəhrəmanına çevrilməsi yaddaqalan mənzərə idi. Həmin görüşün sonlarına doğru müdafiənin önünə çəkilən milli üzvü "8 nömrə" - yaradıcı dayaq yarımmüdafiəçisi kimi də müəyyən işlər görməyi bacaracaq potensialdadır. Doğrudur, onun rəqiblərdən top almaq məharəti o qədər də yüksək deyil. Ancaq bu futbolçunu hücumda sınaqdan keçirən və "Qəbələ" ilə matçda istədiyinə çatan Rəşad bəy sağ ayağı daha işlək olan Rəhimi müəyyən qarşılaşmalarda "8 nömrə" mövqeyində də oynada bilər.

Hələ ümid ölməyib

Rəhim indiki oyununu 21-22 yaşında ortaya qoymuş olsaydı, futbol ictimaiyyəti ondan böyük "partlayış" gözləyər, gələcəkdə Azərbaycanı legioner kimi uğurla təmsil edəcəyi günlərin xəyallarını qurardı. Ancaq 26 yaşında ilk dəfə hücumçu ampluasında qərarlaşan pleymeykerin potensialının tam açılmadığı acı gerçəklikdir. Görünən budur ki, "Zirə"də və millidə uğurlu çıxışının ardını gətirsə, diqqətləri üzərinə çəkə, yaşı 30-u keçməmiş iddialıların vazkeçilməz transfer hədəfinə çevrilə bilər. Onu da qeyd edək ki, ana mövqeyi Sadıxov kimi oyun qurucusu olan futbolçular üçün 25-32 yaş aralığı karyeranın zirvəsi sayılır.  Deməli, indikindən üstün səviyyəyə çatmaq şansı hələ də itirilməyib.

Mütəxəssis nə deyir?

Sadıxovun potensialı və vəd etdiyi gələcək barədə Azərbaycan millisinin sabiq üzvü, ölkənin ən tanınmış futbol mütəxəssislərindən olan Aslan Kərimovun fikirlərini də öyrəndik:

"Əlbəttə, potensialı var. Rəhim kreativ oyunçudur. Bildiyiniz kimi, futbolda müxtəlif sürət anlayışları var. Bu oyunçunun düşünmə sürəti qaydasındadır. Məsələn, meydanda təzyiq altında düzgün qərar verməyi bacarır. 26 yaşı olsa da, indikindən üstün səviyyəyə çata bilər. Bu mənada çox şey özündən, işinə yanaşmasından asılıdır. 

Açığı, Rəhimi şəxsən tanımıram. Yəni xarakerinin necə olduğunu dəqiq bilmirəm. Bir qədər qapalı, çox danışmayan oyunçu olduğunu eşitmişəm. Onun "artırması"na rəhbərliyi altında oynadığı baş məşqçi yardımçı ola bilər. Belə məqamlarda düzgün psixoloji yanaşma olduqca əhəmiyyətlidir. 

Müasir futbolun tələbləri başqadır. Öz üzərində işləsə, müdafiə planında olan çatışmazlıqları aradan qaldırsa, yeni səviyyəyə çatması mümkündür".  

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X