MMA döyüşçüsü Elias Teodoru 34 yaşında dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, onun ağır xəstəlikdən əziyyət çəkdiyi məlum olub.
Kanadalı döyüşçüyə qaraciyər xərçəngi daqnozu qoyulub. O, mübarizə apardığı xəstəlik barədə ictimaiyyətə məlumat vermədiyi üçün ölümü bütün MMA ictimaiyyətini şoka salıb.
Teodoru UFC-də 13 döyüş keçirib və on qələbə qazanıb. O, sonuncu dəfə üç il əvvəl Derek Brunsona qarşı döyüşüb və məğlubiyyətlə üzləşib. Teodoru 2014-cü ildən UFC-nin üzvü idi. Kanadalı döyüşçü "Spartalı" ləqəbi ilə tanınırdı.
Mirağa