2023-cü ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-Prisinin tarixi dəqiqləşib.
Fanat.Az Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi saytına istinadən xəbər verir ki, yarış yeni mövsümün ilkin təqvimində planlaşdırıldığı kimi, 28 - 30 apreldə baş tutacaq.
Qeyd edək ki, Bakıdakı son Qran-Pri bu il 10 - 12 iyunda gerçəkləşib. Yarışın qalibi "Red Bull" pilotu Maks Ferstappen olub.