Formula 1 üzrə Sinqapur Qran-Prisinin qalibi bəlli olub.
Fanat.Az xəbər verir ki, Marina Bey avtodromunda keçirilən yarışda "Red Bull"un meksikalı pilotu Serxio Peres bütün rəqiblərini qabaqlayıb.
Finişə ikinci sırada "Ferrari"dən Şarl Lekler çatıb. Onun komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub.
Çempionatın hazırkı lideri Maks Ferstappen ("Red Bull") yeddinci yerlə kifayətlənib.