14:56 03.10.2022 268

Bakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirildi - FOTOLAR

Oktyabrın 3-də Bakıda “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” Sammiti işə başlayıb.

Fanat.Az xəbər verir ki, “İnterProbe” şirkəti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən birgə təşkil olunan “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” mövzusunda tədbir AKTA-ya üzv olan “Pnetworks” təşkilatının dəstəyi, Medianın İnkişafı Agentliyinin, həmçinin “A2Z Technologies”, “CyberPoint” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilib.

Tədbirin açılış mərasimində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev, AKTA-nın İdarə heyətinin sədri Rahid Ələkbərli, Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov,”bp” şirkətinin xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və ”Swiss Cyber Institute”un rəhbəri Samir Əliyev  çıxış edib.

Sammitdə kiberdünyada cərəyan edən hadisələr, ölkələrin kiberhazırlığı, kibertəhsil, kibergüclərin birgə fəaliyyəti, iqtisadiyyatın müxtəlif sahələrindəki kiberfəaliyətlər və kiberpotensial idarəçiliyi sahəsindəki aktual məsələlər Azərbaycan, Türkiyə və İsrail kiber-ekspertləri ilə birgə müzakirə edilib.

Geniş dinləyici auditoriyasının diqqətini cəlb edən forumlar çərçivəsində “Davamlı kibertəhlükəsizlik modelinin qurulması”, “Maliyyə sahəsində rəqəmsal transformasiya və kiber risklər”, ”Əvvəldən axıra təhlükəsizlik mümkündürmü?”, ”Kiber-potensialın gücləndirilməsi” və s. kimi mövzularda müzakirələr aparılıb.

Sammit çərçivəsində 600-ə yaxın ekspertin iştirakı ilə müxtəlif interaktiv sorğular keçirilib, kibergigiyena, kiber-mühit, sosial və idarəçilik təcrübələrinə aid sorğular xüsusi olaraq qiymətləndirilmiş və interaktiv iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Sammit zamanı müzakirə olunan məsələlər üzrə gələcək fəaliyyətlərin Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu, Türkiyənin “CyberThink” və Kiber Diplomatiya Assosiasiyası kimi düşüncə mərkəzlərində davam etdirilməsi qərarlaşdırılıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyun 2024
22:45

"Zirə"yə alqış düşür" - Qurban Qurbanov 

22:30

"Bu oyun böyüməyimizə imkan verəcək" - Rəşad Sadıqov 

21:58

Azərbaycan Kuboku: "Qarabağ" "qızıl dubl" etdi

21:10

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR 

20:17

Maksim Medvedev karyerasını başa vurdu

20:00

"Şamaxı" Ramiz Məmmədovla bağlı qərar verdi

19:20

Toni Kroosun varisi bilindi - "8 nömrə"ni ona verəcəklər

18:33

"Sevilya"da yeni baş məşqçi - RƏSMİ

17:47

U-21-in heyətində dəyişiklik

17:24

Azərbaycanlı şahmatçı beynəlxalq turnirin qalibi oldu

16:50

"Qrupdan çıxmaq məqsədimiz yoxdur" - İordaneski

15:57

Ronaldu Naço ilə Kazemironu "dilə tutur"

15:18

"İnanıram ki, Peres mənimlə müqaviləni yeniləyəcək" - Vinisius

14:45

"Real"da eqolu futbolçu yoxdur" - Ançelotti 

14:00

AÇ:  Azərbaycan millisi inamlı qələbə ilə başladı

13:40

Joze Mourinyu "Fənərbağça"nın yeni baş məşqçisidir - RƏSMİ

13:00

Daha bir Azərbaycan boksçusu Paris-2024-də

12:33

Final oyununa təyinatlar bilindi

12:24

Qəbələdə beynəlxalq turnir keçirilir

11:32

"Arsenal" Zinçenko ilə bağlı qərarını verdi

10:55

Günün oyunları bu kanallarda - AFİŞA

10:26

"Qarabağ" ÇL-ə ikinci mərhələdən başlayacaq

09:30

Niderlandlı oyunçu İtaliya çempionundan ayrılacaq

00:51

"Real" ÇL-in qalibi oldu

01 İyun 2024
23:09

Asif Əsgərov UEFA-nın komitəsinin iclasında iştirak etdi

21:23

Qəbələdə şəhid övladları üçün yay düşərgəsi başlayıb

18:44

"Napoli"nin futbolçusu Ronaldunun komandasına keçə bilər

18:22

Rəşad Sadıqov final oyunu barədə fikirlərini bölüşdü

17:35

Neymar son nöqtəni qoydu - Gedir?

01 Yanvar 1970
04:00

17:14

"Zirə"yə qarşı oynamaq həmişə çətindir" - Qurban Qurbanov

16:49

"Şamaxı" Əbili də yola saldı

16:26

Misli Premyer Liqasında yeni mövsüm bu tarixdə start götürəcək

15:55

ABŞ şirkəti "Everton"u ala bilmədi

15:39

"Real" Londona uça bilməyən azarkeşlərinin könlünü belə alacaq

14:57

Bunu Azərbaycan Kubokunda 3 komanda bacarıb

14:28

"Qalatasaray" Mertenslə bağlı qərarını verdi

14:00

Rafinya Səudiyyə Ərəbistanı klubunda?

13:26

Sarriyə rekord məbləğdə təklif

13:10

"Qalatasaray" "Barselona"nın ulduzuna göz dikib

Facebookdan bizi izləməyi unutmayın.
X