Formula 1 üzrə Yaponiya Qran-Prisinin qalibi bəlli olub.
Fanat.Az xəbər verir ki, Suzuka trasında keçirilən yarışda "Red Bull"dan Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb. "Ferrari"dən Şarl Lekler finişə ikinci çatıb. "Red Bull"un digər pilotu Serxio Peres isə 3-cü yeri tutub.
Bununla da Ferstappen karyerasında 2-ci dünya çempionluğunu qazanıb.
Qeyd edək ki, mövsümün növbəti yarışı oktyabrın 23-də ABŞ-da olacaq.