12:21 21.10.2022 261

"Mingəçevir Reqatası"nın rəsmi açılış mərasimi keçirildi

Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nın rəsmi açılış mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, Suqovuşanda təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev, Azərbaycan Voleybol Federasiyasının prezidenti Fərid Xəlilov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü Raqif Abbasov, Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı, digər federasiyaların rəsmiləri, Vətən müharibəsi qaziləri və qonaqlar iştirak ediblər. Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra iştirakçılar tamaşaçılara təqdim olunub.

Fərhad Əliyev çıxışında ölkə rəhbərliyinin idmana qayğısı nəticəsində bütün idman növlərinin inkişaf etdiyini bildirib. Suqovuşanda ikinci yarışın təşkil olunduğunu xatırladan federasiya rəsmisi bütün iştirakçılara uğurlar arzulayıb.

Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı işğaldan azad olunmuş torpaqdan hər kəsi salamlayıb və iki dövlət, bir millət olaraq, burada iştirakdan qürur duyduğunu vurğulayıb.

Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç yarışa dəvət olunduqları üçün Azərbaycana təşəkkürünü bildirib. O, Qarabağdakı quruculuq işlərini görməkdən məmnunluğunu ifadə edib.

Sonda çıxış edən Fərid Qayıbov Gənclər və İdman Nazirliyi adından hər kəsi salamlayıb. Nazir qeyd edib ki, Suqovuşanda ikinci beynəlxalq yarışın keçirilməsi idmanın inkişafı və Qarabağdakı sürətli quruculuq işlərinin nəticəsidir. Reqatanın yüksək səviyyədə təşkil olunduğunu qeyd edən nazir daha sonra yarışı açıq elan edib.

Qeyd edək ki, "Mingəçevir Reqatası"ında Azərbaycanla yanaşı Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Turkiyə, Özbəkistan və Ukrayna komandaları iştirak edirlər.

Komandalar bu gün Suqovuşan su anbarında kayak və kanoe növlərində qalibi müəyyənləşdirəcəklər.

Yarış 22-23 oktyabrda isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar.

Qaliblər diplom, medal və kubokla mükafatlandırılacaqlar.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X