Misli Premyer Liqasının XI turunda "Kəpəz" səfərdə "Qəbələ" ilə heç-heçə edib.
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov 1:1 hesabı ilə başa çatan görüşü dəyərləndirib.
“Buraya üç xal üçün gəlmişdik. Ardıcıl iki oyundakı məğlubiyyətdən sonra yenə uduzmaq xoş olmazdı. Ona görə bu oyuna çox ciddi hazırlaşmışdıq. Komplektləşmiş komandaya qarşı oynadığımızdan çətin görüş oldu. İlk dəqiqələrdə həyacan və səhvlər var idi. Birinci hissə yox, ikinci hissə məni tamamilə qane etdi. Bilirdik ki, rəqib bu gün əks-hücumlarda oynayacaq. Elə qolu da bizi oxşar vəziyyətdə tutub standartdan vurdular.
Fasilədən sonra uşaqlar mən istədiyim futbolu oynadılar. Məcburiyyətdən ilk yarıda əvəzləmə etdim, çünki Ruslan Süleymanovun mövqeyində axsama var idi. Fərid Nəbiyevin meydançaya buraxılmasının əsas məqsədi oyunu gücləndirmək idi və bunun da bəhrəsini gördük. Amma Fərid də zədədən sonra tam formada deyil. Qəbələdə yerli komandadan bir xal almaq xoşdur”.