Qılıncoynatmanın sablya növü üzrə Azərbaycan milli komandasının üzvü Valeriya Bolşakova Türkiyənin Antalya şəhərində keçirilən "Satellite" turnirinin qalibi olub.
Fanat.Az xəbər verir ki, qrup mərhələsini 4 qələbə ilə başa vuran Valeriya finala gedən yolda Türkiyə, Böyük Britaniya, Sinqapur sablyaçılarını və digər təmsilçimiz Palina Kaspiaroviçi məğlub edib. Qılıncoynadanımız həlledici görüşdə Qazaxıstan idmançısı Aigerim Sarıbaya 15:11 hesabı ilə qalib gələrək turnirin qızıl medalını qazanıb.
Digər təmsilçimizlərimiz - Səbinə Kərimova, Zərifə Hüseynova, Sevil Bünyatova və Palina Kaspiaroviç qrup mərhələsini uğurla adlasa da, ən güclü "8-liy"ə yüksəlmək uğrunda keçirilən görüşlərdə məğlub olublar.