13:32 25.10.2022 320

\"Mingəçevir Reqatası-2022\": Azad olunmuş torpaqlarda avarçəkmə yarışları ənənəyə çevrilir

Oktyabrın 21-23-də ölkəmiz daha bir beynəlxalq turnirə - avarçəkmə üzrə “Mingəçevir reqatası-2022”yə ev sahibliyi etdi. 

Reqatada Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Özbəkistan, Bolqarıstan, İtaliya, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Sloveniya və Ukrayna komandalarından ümumilikdə 150-dək idmançı mübarizə apardı.

Bu ilin mayında təşkil olunan "Prezident kuboku" turniri kimi, sözügedən reqatanın da açılışı və ilk yarış günü 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazidə - Suqovuşanda baş tutdu.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra iştirakçı ölkələrin təqdimatı gerçəkləşdi.

Tədbirdə çıxış edən Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışdı. Qurum rəsmisi xatırlatdı ki, AKAF artıq işğaldan azad edilmiş ərazilərdə ikinci beynəlxalq turnirini keçirir. İştirakçılara uğurlar arzulayan F.Əliyev reqatanın 1970-ci ildə ümumittifaq statusu aldığını, yarışın müstəqilliyin bərpa edildiyi illərdən sonra da təşkil olunduğunu diqqətə çatdırdı: 

"Pandemiya səbəbindən bir müddət turnirin keçirilməsinə ara verilmişdi. Sevindirici haldır ki, bu yarış Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilib".

Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı, Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin üzvü Duşan Kovaçeviç və Macarıstan Məşqçilər Komitəsinin sədri Zoltan Olferdi çıxış edərək ölkəmizdə yaradılan idman infrastrukturunu yüksək qiymətləndirib, möhtəşəm təşkilatçılığa görə AKAF rəhbərliyinə minnətdarlığını bildirdilər.

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov işğaldan azad olunmuş ərazilərdə ilk dəfə mayda məhz AKAF-ın təşkilatçılığı ilə birinci beynəlxalq turnirin keçirildiyini qeyd etdi: “Ötən müddətdə artıq ikinci dəfə Suqovuşanda toplaşmışıq. Beynəlxalq turnirlərin təşkili Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həmin ərazilərdə aparılan quruculuq işlərinin nəticəsində mümkün olub. Digər federasiya nümayəndələrinin açılış mərasiminə qatılması və birlik nümayiş etdirməsi sevindirici haldır”.

F.Qayıbov reqatanı açıq elan etdikdən sonra mərasimdə iştirak edən ikinci Vətən müharibəsinin iştirakçıları və qaziləri salamlandı. Rəsmi hissə başa çatdıqdan iştirakçı ölkələrin nümunəvi çıxışları baş tutdu.

Turnirin birinci günündə yarışlar Suqovuşanda keçirildi. Oktyabrın 22-23-də “Mingəçevir Reqatası” “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam etdi. Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə mübarizə apardılar. 

Turnirin ilk günündə 200 metr məsafəyə qızlar və oğlanlar arasında kayak və kanoe üzrə fərdi və cütlüklərin yarışında Azərbaycan komandası 4 qızıl, 6 gümüş və 4 bürünc medal qazandı.

İkinci yarış günündə müxtəlif yaş kateqoriyasında idmançılar 500, 1000 metr məsafəyə kayak və kanoe, həmçinin 1000 və 1500 metr məsafəyə akademik avarçəkmədə güclərini sınadı. Azərbaycan təmsilçiləri günü 5 medalla başa vurdular Bunlardan 2-si gümüş, 3-ü isə bürünc əyyarlı idi.

Reqatanın sonuncu günündə isə kayak, kanoe və avarçəkmə üzrə daha 8 kateqoriyada qaliblər müəyyənləşdi. Azərbaycan təmsilçiləri yarışı ümumilikdə 26 medalla başa vurdular. Mükafatlardan 5-i qızıl, 10-u gümüş, 11-i isə bürünc əyyarlı oldu. Bu nəticə ilə ölkəmiz turniri ikinci pillədə tamamladı.

Reqata başa çatdıqdan sonra ölkələrin nümunəvi paradı gerçəkləşdi. Daha sonra isə qaliblər mükafatlandırıldı. Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov, Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli, deputata Elman Nəsirov və digər rəsmi şəxslər təqdim etdilər.

"Azərbaycanda olmaqdan çox məmnunam. Reqatanın ilk gününün işğaldan azad edilmiş Suqovuşanda keçirilməsi bizi çox sevindirdi. Burada həmin ərazinin işğaldan azad olunması zamanı Azərbaycanın şəhidlər verdiyi barədə məlumatlandırıldıq".

Bunu KİV-ə müsahibəsində “Mingəçevir reqatası-2022”ni izləyən Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı dedi.

Yarışın yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran federasiya rəsmisi təşkilatçılığa görə, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) rəhbərliyinə minnətdarlığını bildirdi:

“Yarışa “Bir millət, iki dövlət” şüarı ilə qatıldıq. Gələcəkdə AKAF ilə birlikdə layihələr həyata keçirib, əməkdaşlığımızı daha da möhkəmləndirmək istəyirik. Qarşılıqlı təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub. Gələn ilin mayında Mingəçevirdə ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə mötəbər yarışın təşkili nəzərdə tutulub və həmin turnirə də qatılmağı planlaşdırırıq".

"“Mingəçevir-2022”də güclü rəqabət var. Yetirmələrimizin uğurlu çıxış etdiyini deyə bilərəm. Ümid edirəm ki, bu reqatada mübarizə aparan türkiyəli idmançılar gələcəkdə Avropa və dünya çempionatlarında layiqincə çıxış edib, mükafatçılar sırasında yer alacaqlar”, - deyə A.Kabakçı əlavə etdi.

Reqatanın bundan sonra da təşkilini nəzərdə tuturuq. Gələcəkdə Suqovuşanla yanaşı, Füzuli, Qubadlı və digər işğaldan azad olunmuş ərazilərdə yarışların keçirilməsi planlaşdırılır".

Bu sözləri isə jurnalistlərə açıqlamasında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev dedi. 

"Bu yarış 50 ildən çoxdur təşkil olunur. Reqatanın bundan sonra da təşkilini nəzərdə tuturuq. Gələcəkdə Suqovuşanla yanaşı, Füzuli, Qubadlı və digər işğaldan azad olunmuş ərazilərdə yarışların keçirilməsi planlaşdırılır. Bununla bağlı hazırda baxış keçirilir. Gələn ay həmin ərazilərdə yoxlanışa start verəcəyik. Beynəlxalq turnirlərin təşkilini nəzərdə tuturuqsa, əcnəbi mütəxəssislərin dəvət olunması vacibdir. Bu proseslər başa çatdıqdan sonra yekun məlumat ictimaiyyətə açıqlanacaq" deyə, - qurum rəsmisi qeyd etdi.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
14:38

Salibadan unikal nəticə - İPL tariixndə beləsi olmamışdı

14:20

"Sabah" Antalyada çempion oldu

14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

Facebookdan bizi izləməyi unutmayın.
X