16:57 30.10.2022 294

"Araz-Naxçıvan"ın uğursuzluğuna sözardı

UEFA Çempionlar Liqasında yarışan "Araz-Naxçıvan" mübarizəni elə startda dayandırdı. 2005-ci ildən ölkəmizi avrokubokda təmsil edən komandanın çıxışının bir adı var: FİASKO. 

Yerinə yetirilməyən vəd

Halbuki, budəfəki çıxışdan çox şey gözlənilirdi. Əvvəla, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun kurasiyasında olan kluba diqqət daha da artmışdı. Təsadüfi deyil ki, yayda "Keşlə"dən ("Şamaxı") ayrılan Axundov bundan sonra bütün diqqətini futzala ayıracağını demişdi. Bu, həmin açıqlamadan sonra futzalçılarımızın ilk beynəlxalq sınağı idi. Federasiya rəhbəri vədinə xilaf çıxaraq "Araz-Naxçıvan"a diqqət ayırmayıb? Əksinə, komandada bir neçə diqqətçəkən transfer həyata keçirilmişdi. Ümumiyyətlə, Joze Alesio Da Silva Bosniya və Herseqovinaya 13 futzalçıyla yollanmışdı ki, onun 9-u legionerdir: Mikael Deon, Pedro Torres, Ponçe, David Qustavo, Andreu Varqas, Viktor Hüqo (Vitao), Viktor Pires (Vitinyo), Snesio, Lukas Matheus (Katatau).
Əvvəlki illərdə "Araz-Naxçıvan"da çıxış edən braziliyalılar həm də Azərbaycan millisinin üzvləri olduğundan, onların çoxluğuna önəm verilmirdi. Ancaq hazırki 9 legionerin (cəza səbəbindən ÇL-ə aparılmayan 10-cu braziliyalı Felipinyo istisnadır) sırf "Araz-Naxçıvan"ın mənafeyi üçün nəzərdə tutulması ortaya haqlı sual çıxarır: Nəticəsi hanı?

Bir EKOL vardı... 

"Araz-Naxçıvan" 9-10 legionerlə əsas mərhələni adlaya bilmirsə və çıxdığı bütün oyunlarda uduzursa, ilk növbədə Azərbaycan Futzal Federasiyası "topun lüləsinə qoyulmalıdır". 
Təbii ki, uğursuzluqda başlıca səbəb Azərbaycan futzalındakı rəqabətsizlikdir. Həm də bu, son bir, iki ilin problemi deyil. “Araz-Naxçıvan” 2016/2017 mövsümündən sonra elit-raundda oynamayıb. Komanda sonuncu dəfə Miltinyonun rəhbərliyi altında Makedoniyada keçirilmiş əsas mərhələ matçlarında elit-raund hədəfinə çata bilib. Bəli, Alesionun komandasının daxili çempionatda "at oynadıb" ÇL-də bərbad çıxış etməsinin iki əsas səbəbindən biri Yüksək Liqadakı rəqabətsizlikdir. Daha doğrusu, yaradılan süni rəqabət. "Araz-Naxçıvan" məhz legionerlərin sayəsində çempion ola bilir. Əks halda, başabaş mübarizə mühiti formalaşar, digər komandalar da avrokubok motivasiyasına köklənər, bundan isə ən çox "Araz-Naxçıvan" qazanan tərəf olardı. Uzağa getməyək: bu yay fəaliyyətini dayandıran Yüksək Liqanın iddialı komandalarından olan EKOL bu addımı "əbədi ikinci" olmaqdan bezdiyi üçün atdı. 14 ilin klubu federasiya tərəfindən "Araz-Naxçıvan"a göstərilən "ayı xidməti"nə qalib gələ bilmədi... 

Alesio qovulmalıdır!

Yəqin ki, Joze Alesio Da Silva istefaya göndəriləcək. Göndərilməlidir də. Hətta gec qalınıb. Üstəlik, millidən də qovulmalıdır. Çünki nəinki yerində sayır, hətta geri gedir. Bir ucdan həmyerlilərini ölkəmizə daşıyır, digər tərəfdən yerli oyunçularla yola getmir. Son olaraq Rövşən Hüseynli komandadan məhz Alesioyla münaqişə üzündən ayrılıb Qazaxıstana üz tutdu. Bundan əvvəl Xətai Bağırov və İsa Atayev kimi təcrübəlilər "gəmi"ni tərk etmişdilər.  
Alesionun sonuncu uğuruna 2013/2014 mövsümündə şahid olmuşuq. Komanda ÇL-in bürünc mükafatına sahib çıxmışdı. Ancaq Bakının ev sahibliyi etdiyi həmin uğurdan sonra "körpünün altından çox sular axıb".  Braziliyalı mütəxəssis məhz həmin uğurdan sonra 3-cü yer uğrunda görüşdə üstələdiyi "Kayrat"dan aldığı şirnikləndirici təklifə görə Qazaxıstana qaçmışdı. Kluba və milliyə xəyanət edən, heç kimə xəbər vedmədən gecəylə Bakını tərk edən Alesioya 4 il sonra yenidən qucaq açan rəhbərlik də, məşqçi də ilahi ədalətin qəzəbinə tuş gəlib sanki.
Yolun yarısndan da qayıtmaq kardır... 

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X