“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə dünya çempionatının 20-ci mərhələsinin - Meksika Qran Prisinin qalibi olub.
Fanat.Az xəbər verir ki, yarış Rodriges qardaşları adına avtodromda keçirilib.
"Mersedes” komandasının böyük britaniyalı pilotu Lyuis Hemilton ikinci olub. İlk "üçlüy"ü “Red Bull”un digər sürücüsü meksikalı Serxio Peres qapayıb.
Bu, Ferstappen mövsümdə 14-cü qələbəsi olub. 25 yaşlı niderlandlı pilot bir mövsümdə birinciliklərinin sayına görə almaniyalılar - Mixael Şumaxer və Sebastyan Fetteli geridə qoyaraq Formula 1 rekorduna imza atıb.