16:54 02.11.2022 566

"Şamaxı"nın dərdi nədir? - Mütəxəssislər şərh edir

Bu mövsümdən Premyer Liqadan çıxış etmək hüququ qazanan "Turan Tovuz" və "Kəpəz", eləcə də "Şamaxı" klublarının büdcəsi AFFA tərəfindən ayrılan 3 milyon manatdan asılıdır. 

Ancaq hər üç klubun çıxışı arasında xeyli fərq var. 

Məsələn, "Turan Tovuz" uğurla irəliləyir. Düzdür, komanda yüksək yerlər uğrunda mübarizə aparmasa da, rəqiblərinə başağrı olmağı bacarır, çempionata rəng qatır. "Kəpəz"də mövsümün əvvəlində "axsamalar" olsa da, Gəncə təmsilçisi yeni baş məşqçinin təyinatından sonra özünü daha yaxşı tərəfdən göstərir.

Ancaq bunu "Şamaxı" ilə bağlı demək olmaz. Komandanın çıxışı da, turnir cədvəlindəki mövqeyi də göz önündədir. 

Maraqlıdır ki, eyni maliyyə hər üç kluba ayrılsa da, bir-biri ilə müqayisədə klubların inkişaf səviyyəsində xeyli fərq var. Biri irəliləyirsə, digərinin vəziyyəti getdikcə pisləşir. 

Görəsən, bunun səbəbi nədir? Sualımızı Azərbaycan futbolunda iz qoymuş, klub idarəçiliyində püxtələşmiş funksionerlərə ünvanladıq. 

Fanat.Az-a danışan "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov və "Bakı" klubunun keçmiş vitse-prezidenti Yaşar Seyidov vəziyyəti belə şərh etdilər:

Tahir Süleymanov: "Futbolda maliyyə önəmli faktor olsa da, hər şey vəsaitdən asılı deyil. Strateji olaraq atılan addımlar, düzgün planlaşdırma, görülən işin keyfiyyəti ön plana çıxır və qazanılan nəticələrdə özünü göstərir.

Hər üç klubda büdcə eyni olsa da, mövsümdən öncə komandalar fərqli durumda idilər. Dəqiq səbəblərin göstərilməsi üçün qeyd olunan klublar ayrı-ayrılıqda təhlil edilməlidir. "Turan Tovuz" və "Kəpəz" uzun illərdən sonra Premyer liqaya buraxıldılarsa, "Şamaxı" "Keşlə" adı altında elitada çıxış edirdi və daha çox büdcəyə malik idi. Qərb bölgəsi təmsilçiləri idman prinsipinə uyğun elitaya vəsiqə qazanmamışdılar. Bu amil də komandaların yenidən formalaşmasını çətinləşdirirdi. Maliyyə məsələsinin tam təsdiq olunmaması klubları çətin vəziyyətə salmışdı.

Belə durumda ən uyğun addım "Turan Tovuz"dan gəldi. "Gec-tez vəsait gələcək" düşüncəsi ilə gözləmədən heyətin formalaşdırılmasına start verildi. İndiki qazanılan xalların təməli çempionatdan öncə qoyuldu. Bunun da əsas səbəbi kluba futbol adamlarının rəhbərlik etməsi idi. Baxmayaraq ki, ilk həftələrdə, aylarda müdaxilə cəhdləri yetərincə oldu. Oqtay Abdullayev, Nadir Nəbiyev və komandaya dəvət edilən baş məşqçi Ayxan Abbasova inanan futbolçular Tovuza üz tutdular. Eyni zamanda klubun ilk qurucusu Vidadi Əhmədov, Yaşar Sultanov, Rəşid Məhərrəmov, Nizami Sadıqov, Eltay Aslanov, Nizami Ocaqverdiyev, Rasim Əliyev, Süleyman Tağıyev və azarkeşlər bir yumruq kimi birləşdilər. Tovuzun İcra Hakimiyyəti də öz dəstəyini əsirgəmədi. 

Bu birliyin və vaxtında görülən işlərin sayəsində "Turan Tovuz" turnir cədvəlində çoxlarının gözləmədiyi mövqedə qərarlaşıb. Komandanın isə hələ avtobusu yoxdur.

"Kəpəz"də vəziyyət bir qədər fərqli idi. Ən böyük problem qismində komandanın  doğma arenada oynaya bilməməsi  və yerli azarkeşlərin kəskin etirazını qabartmalıyıq. Gəncə futbolunun əfsanəsi - təcrübəli Mehman Allahverdiyevin klub rəhbərliyinə gətirilməsi, komandanın evə qayıtması, tribunaların bir hissəsinin qəzalı durumda olmasına görə azarkeşlərin qismən stadiona buraxılması, baş məşqçi Tərlan Əhmədovun futbolçuları toparlaması "Kəpəz"in çıxışlarına müsbət təsirini göstərməkdədir. Şəhər İcra Hakimiyyətinin də kluba  dəstəyi əlavə stimul verir. 

Gəncə və Tovuz tarixi  ənənələri olan futbol şəhərləridir və tələbkar yerli azarkeşlər qarşısında ancaq artan trayektoriya ilə fəaliyyət göstərməlidir. Hər iki komandanın hazırda ən böyük problemlərindən biri vaxtilə Azərbaycan futboluna saysız-hesabsız istedadlar bəxş etmiş şəhərlərin öz futbolçularının kifayət sayda olmamasıdır. İllərdir böyük futbolsuz qalan bölgənin oyunçu qıtlığı fəsadları özünü göstərməkdədir. 

Maliyyə dayaqları eyni olsa da, "Şamaxı" bu klublarla müqayisə edilməməlidir. Futbol ənənələri öz yerində, klub daha əlverişli vəziyyətdə idi. Komandanı "Turan Tovuz", "Kəpəz" kimi yenidən formalaşdırmağa ehtiyac yox idi. Əksinə, komandanın "onurğa sütunu" saxlanılmalı, əlavələr edilməli idi. Şamaxı paytaxta da yaxındır və işlər düzgün qurulacağı halda, futbolçular üçün daha cəlbedicidir. "Şamaxı"nı tərk edən futbolçuların bir neçəsi "Turan Tovuz"un əvəzolunmaz oyunçularına çevriliblər. Bu klublar arasında ən münbit durumda olan komanda ən gec formalaşma dövrünü yaşadı. Komanda yaddan çıxmışdı, bütün diqqətlər klub rəhbərliyində vəzifə bölgüsünə yönəlmişdi. Sənədləşmə, hüquqi məsələlər öz həllini tapmaqla paralel olaraq, ən azı Tovuzdakı kimi komanda quruculuğuna vaxtında start verilməliydi. 

Region liqası təfəkkürü, həvəskar düşüncə ilə peşəkar klub idarəçiliyi mümkünsüzdür. Rəhbərlik və iki baş məşqçinin elita təcrübəsizliyi indiki mövcud vəziyyətə gətirib çıxarıb. Ümumi klub steategiyasının yerli futbolçular üzərində qurulması gələcək baxımından müsbət qarşılana bilər, amma klub idarəçiliyindəki "axsaqlıq" kənardan da sezilir. Fərqli fikirlərin səslənməsi, İdarə Heyətində, məşqçilər arasında vizual liderlik savaşları, daxildə "nəticə istənilirsə, legioner olsun" söhbətləri, klubun son bəyanatında "məşqçilərdən razıyıq" açıqlamaları "Şamaxı" ətrafında müsbət imic formalaşdırmır. Xırda forma yazıları, cəzaları klubu həvəskar səviyyəyə endirir. Şamaxıda da İcra Hakimiyyəti daim komandanın yanındadır. Belə maddi, mənəvi dəstəklə klub və komanda daha peşəkar idarə olunmalıdır. Komanda gec yığışdığı üçün məşqçilər korpusu çox da qınanmamalıdır, əsas qınanılası məqam hər iki məşqçinin özünü baş məşqçi kimi ictimaiyyətə göstərməsi, buna uyğun psixoloji açıqlamaların verilməsidir. Bu amil klub rəhbərliyinin də zəifliyinin göstəricisidir. Heç bir mənası, məramı olmayan, zamanlama baxımından yersiz son bəyanatın verildiyi kimi. 

AFFA xəttiylə nəzarət edilən, maliyyəsi ödənilən bu 3 kluba eyni ideoloji baxışla idarə edilən "Səbail", "Sumqayıt" da əlavə edilməlidir. Vəsaitləri, şəraitləri daha yaxşı olan hər iki klubun idarəçiliyi göz önündədir və turnir cədvəlindəki vəziyyət işlərin hansı səviyyədə aparıldığının əyani göstəricisidir. Çempionatın sonuna hələ çox var, idman prinsipinə uyğun qaydada sonuncu pillənin sahibi elitanı tərk etməlidir.

Vaxtilə sonuncu pilləni tutanlar liqada saxlanılıb. Ola bilər havadar arxayınlığı sonda yenidən öz sözünü desin, sevimli kadrlarla sevimli idarəçilər tutduqları axırıncı yerə rəğmən, elitada saxlanılsınlar. Zaman göstərər..."

 

Yaşar Seyidov: "Maraqlıdır ki, "Şamaxı"da bu günə kimi baş məşqçinin kim olduğu bilinmir. Gah Vüqar Ələsgərli olur, gah Cavid Hüseynov...  "Şamaxı"da vəziyyət başadüşüləndir. Komanda yeni formalaşıb, futbolçular yeni yığılıb, məşqçilər isə təcrübəsizdir. Bu gün bu heyətlə, bu məşqçilərlə hər hansı uğur qazanmaq mümkün deyil. Ən azı üç-dörd nəfər təcrübəli futbolçu olmalıdır ki, komandanın uğurlu çıxışında rol oynasınlar. Və yaxud da məşqçilər Azərbaycan futbolunu bilən, təcrübəsi olan mütəxəssislər olsaydı, daha yaxşı kollektiv forlalaşdırmaq, hər hansı uğur qazanmaq olardı. Böyük büdcə olsa da, məşqçilər və futbolçular təcrübəsizdir. Elə buna görə də bu gün bu komandanın uğur qazanması mümkün deyil. Bu, "Şamaxı"...

Keçək "Kəpəz"ə... Əvvəl baş məşqçi postunda Yaşar Vahabzadə idi, sonra Tərlan Əhmədov gəldi. Ancaq futbolçular eyni futbolçulardır. Lakin Tərlan müəllim gəldikdən sonra komandada artıq dəyişiklik hiss olundu. Bu isə o deməkdir ki, Tərlan Əhmədov daha təcrübəli məşqçidir, komandanı yığıb heyəti formalaşdırdı. Burda artıq məşqçinin işi önə keçdi. Həmin futbolçularla uğur qazanmağa başladı. Bu, artıq beyin məhsulunun işidir. 

"Turan Tovuz"a "Sumqayıt"dan ayrılan Ayxan Abbasov gəldi. Onun kifayət qədər təcrübəsi var. O Tovuza gedəndə beynində tutduğu futbolçuları götürdü. Maliyyə az olsa da, çox olsa da, inandığı futbolçuları gətirdi və o futbolçular da Abbasovun rəhbərliyi altında oyun göstərməyə başladılar. Bunu da Ayxan Abbasovun beyninin məhsulu kimi dəyərləndirirəm. 

"Sumqayıt"ı yaddan çıxartmısınız. Bu komanda da başqa bir mövzudur. Samir Abasov kimi təcrübəli məşqçi bu kluba gedib. Uğurları var, amma orada heç nə edə bilmir. Çünki futbolçular Samir müəllimin təcrübəsinə uyğun gələn futbolçular deyil. Fikir verin ki, heyətdəki legionerlərin dörd-beşi ehtiyatda qalır. Əslində, legioner futbolçu azərbaycanlı oyunçudan üstün olduğu üçün komandaya dəvət edilir. Amma bu gün Samir Abasov əlindəki legionerləri yerli futbolçulardan aşağı səviyyəli futbolçu hesab edir ki, onları əsas heyətə buraxmır. Burada artıq büdcə olsa da, futbolçular olsa da, onlarla uğur qazanmaq mümkün deyil. 

Başqa suallar da meydana çıxa bilər. Birində futbolçulara maliyyə az xərclənir, birində çox xərclənir. Bununla bağlı dəqiq fikir bildirmək, kimisə günahlandırmaq çox çətindir. Ona görə ki, bu gün futbolçuların layiq olduqları əməkhaqqını alıb-almadıqlarını özləri və məşqçiləri deyə bilər. Biz sadəcə, kənardan bu 4 komandaya baxıb dəyişiklikləri müzakirə edirik. Baxmayaraq ki, Tərlan Əhmədvun gedişi ilə "Kəpəz" "artırıb", Samir Abasovun təcrübəsi "Sumqayıt"ın oyununda əksini tapmır. Amma qış fasiləsində ola bilsin ki, Samir müəllim müəyyən dəyişikliklər edər. 

Bu gün yaşanan problemlərin səbəbi futbol təsərrüfatımızda peşəkarların az olması, klub strukturunda futbolun ciddi insanlara tapşırılmamasının nəticəsidir. AFFA klublara maliyyə baxımından kifayət qədər dəstək verir. Gənclər komandasına belə, kömək göstərirlər. Klublar isə futbolçu yetişdirib milli komandaya təqdim etməlidir. "Qarabağ" istisna olmaqla, digər klublarla ciddi işlərin getdiyinə şahid olmuram. Bu gün milli komandamız uğursuz çıxış edirsə, bunun səbəblərini klublarımızda, futbolçularımızda axtarmalıyıq. Ona görə mən ciddi işlərin görülməsinin, klublarda olan həm məşqçilərin, həm futbolçularının təcrübəsinin artırılmasının, futbolumuzun səviyyəsinin yüksəlməsinin tərəfdarıyam. Tutaq ki, komanda üçüncü və ya dördüncü yeri tutdu. Ötən mövsüm bu yerləri tutanları gördük. Heç biri avrokuboklarda uğur qazana bilmədi. Bu gün milyonlar xərclənən klublarımız milli komandaya bir oyunçu verə bilmir. Ona görə də, düşünürəm ki, bütün problemlərin həlli üçün dövlət yenidən futbolun inkişafı ilə bağlı yeni bir layihə ərsəyə gətirməlidir. Futbolu bilən peşəkarlar, futbolda ciddi uğurlar qazanmış insanlarla birlikdə yeni layihə hazırlanmalıdır. Bu gün ölkə futbolu sistemsiz vəziyyətdədir. Hansısa klub çempionatda yer tutdu, kubok qazandısa, bununla iş yekunlaşır? Gedir avrokuboklara, ikinci turdan sonra uduzub çıxır. Və yaxud milli komandanın çıxışları qənaətbəxş olmur. 

AFFA-nın verdiyi maliyyə dəstəyi ilə yanaşı, klubların özlərinin də sponsorları var. Amma yenə də nəticə yoxdur. Ona görə  AFFA-nın rəhbərliyi altında mərkəzləşdirilmiş böyük bir işçi qrupu yaradılıb layihə hazırlanmalı, peşəkarlar dəvət olunmalı, futbolun hazırki vəziyyətdən çıxmasının yolları axtarılmalıdır. Bir klubla, iki klubla məsələ həll olunası deyil. Sistemli iş görülməsə, çempionat başa çatdıqdan sonra komandalar yer tutsa da, gedib avrokuboklarda bir-iki oyundan sonra məğlub olub gələcəklər. Və yaxud millinin oyunları başlayır. Bu gün çempionatda oynayan bütün futbolçular göz qabağındadır. Baxaq görək biz inamla deyə bilərikmi ki, fılan uğurlu çıxış edən futbolçu milliyə dəvət almır deyə yığma uğursuz çıxış edir?! Bu gün üzdə bütün futbolçular milli komandaya dəvət alır və nəticə göz önündədir. Ona görə klublarda olan işlərlə bağlı müəyyən proqramlar, layihələr həyata keçirmək lazımdır. Klubların üzərinə çox iş düşür, ancaq onlar bu işlərin öhdəsindən gəlmə bilmir. Bu gün hamısı fikrini yönəldib əsas komandaya. Uşaq və gənclər komandaları təlim-məşq keçmir. Onların geyim dəsti sıfır vəziyyətdədir, qidalanma yoxdur. Komandalar oyun günü yığışır. Ən böyük problemlərdən biri uşaqların dərslərdən yayınmasıdır. Mən özüm də akademiyaya görə ("İsgəndər Cavadov Bakı Futbol Akademiyasını" - red.) müraciət etmişəm. Bildiyiniz kimi, bizim U-17 və U-19 komandalarımız var. Bu gün uşaqlar oyun günü dərs saatlarına düşdüyü üçün matça gələ bilmirlər. Çünki məktəbdə davamiyyətsizlik yazılır. Bu da bir problemdir. Buna görə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, AFFA vəziyyətdən çıxmaq üçün birgə nəsə fikirləşməlidirlər. Mən hələ sadəcə, gözəgörünən problemləri dedim. Futbolumuzla bağlı deyiləsi, həll olunmalı o qədər problemlər var ki... Bunun üçün bütün futbol adamları yığışıb bir proqram hazırlayıb təqdim etməlidirlər ki, ölkə rəhbərliyi futbolun inkişafı ilə bağlı yeni layihəni təsdiq etsin. Problemlər çoxdur. AFFA klublara maliyyə verir, futbolçunu da klublar yetişdirməlidir. Amma klublar bu işlə məşğul deyillər. Çünki klublarda çalışanlar, bu işlərə baxan insanlar peşəkar deyillər. 15-17 yaşlı futbolçu oyun günü Bakıdan Tovuza 550 kilometr gedib meydanda nə futbol göstərə bilər? Burada nə inkişaf ola bilər? Bütün vəsaitlər xərclənir əsas komandaya. Sonra isə deyirik ki, futbolçu yetişmir. 15-16 yaşlı futbolçu avtobusla 550 kilometr yol gedib oynayıb, gecə saat 3-də Bakıya çatıb ertəsi gün məşqə çıxırsa, biz bu uşaqdan nə gözləyə bilərik? Milli, olimpiya komandalarımıza oyunçu gələ bilər? Ona görə deyirəm ki, problemlərimiz çoxdur". 

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X