15:30 18.01.2023 579

\"Məni idmana Mariana Vasileva qaytardı\" - MÜSAHİBƏ

Azərbaycan atletika yığmasının lideri, üçtəkanla tullanma üzrə Avropa çempionu, ikiqat Universiada qalibi Nazim Babayevin Fanat.Az-a müsahibəsi

- Nazim, çoxdandır ki, səndən gözlənilən nəticələri verə bilmirsən. Uğursuzluğunun səbəbləri nələrdir?
- Bəli, sözün əsl mənasında üç ilə yaxındır ki, qara zolaqdayam. 2019-cu ildə qapalı məkanda Avropa çempionatının qalibi olduqdan sonra yeni uğurlara köklənmişdim. Dünya çempionatında medal qazanacağıma çox inanırdım. Çünki həmin vaxt reytinqdə ilk "üçlük"də idim, medalçılar sırasında olmağım kifayət qədər realıydı. Lakin həmin yarış pandemiya səbəbindən baş tutmadı. Pandemiya səbəbindən məşqləri də lazımlı şəkildə keçə bilmədim. Uyğun olmayan şəraitdə müəyyən məşqlərlə kifayətlənəsi olduq. Bu səbəbdən, zədələr yaranmağa başladı. Olimpiadaya lisenziya qazansam da, ordakı çıxışım da uğursuz oldu. Sonuncu dəfə də Konyadakı İslam Həmrəyliyi Oyunları vaxtı zədələndim, nəticədə medalsız qalası oldum. Davamlı zədələr məni hətta karyeramı bitirmək həddinə gətirib çıxarmışdı. 

- Səni yenidən idmana qaytaran kim və ya nə oldu?
- Sağ olsun gənclər və idman nazirinin müavini Mariana Vasileva, özü mənim durumumla maraqlandı. Burada müayinədən keçdim, müayinənin nəticələrini xaricə göndərdi, həmin müalicə əsasında yenidən əvvəlki halıma qayıtdım. Ümumilikdə mənə çox mənəvi dəstək göstərdi. Lazım olsaydı, Almaniyaya da göndərərdi. Deyərdim ki, məni idmana qaytaran Mariana Vasileva oldu.  Yenə deyirəm, mən heç müraciət etməmişdim, onun özü mənimlə maraqlandı. 

- Yaşını nəzərə alsaq, arada itən üç illik zaman kəsimi sənin karyeranın ən uğurlu illəri ola bilərdi. Bunu sığortalamaq mümkündürmü?
- Demək olar ki, sıfırdan başlayası oldum. Son üç ayda yavaş-yavaş forma yığmağa çalışdım. Artıq məşqlərdə özümü yaxşı hiss edirəm. Əsas odur zədəm yoxdur. Ümid edirəm ki, olmaz da.

- Yaxın gələcək üçün planda əsas hansı yarışlar var?
- Yaxın zaman üçün əsas məqsəd qış, başqa sözlə, qapalı məkanda Avropa çempionatında medal qazanmaqdır. Yarış 3-5 martda İstanbulda keçiriləcək. Ona qədər isə bu ayın sonu Azərbaycan çempionatına, fevralda Parisdə Qran-Priyə və Avropa çempionatının keçiriləcəyi arenada Balkan çempionatına qatılmağı planlaşdırıram. Bu yarışlar qitə çempionatına hazırlığın tərkib hissəsi olacaq. Gözlənilməz hal olmasa, inanıram ki, Avropa çempionatında yaxşı çıxış edə biləcəyəm.

- Bu yaxınlarda zədələri əsas gətirərək üçtəkanlatullanmanı uzunluğatullanmaya dəyişmək istədiyini açıqlamışdın. Söylədiklərin indi nə dərəcədə aktualdır?
- Onu İslamiadadan sonra demişdim. Hələlik öz növümdə qalmağı düşünürəm. Paris-2024-ə kimi üçtəkanla davam etmək istəyirəm. Daha sonra çox güman ki, uzunluğatullanmaya keçəcəyəm. Çünki üçtəkanla tullanmada zədə riski müqayisədə həqiqətən xeyli çoxdur. 

- Sənə görə uzunluğatullanmada nəticə qazanmaq hazırda çıxış etdiyin növlə müqayisədə asandırmı?
- Deməzdim. Düzdür, zədə riskinin azlığı baxımından daha yaxşıdır. Amma orada rəqabət çoxdur.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X