Azərbaycan şahmatçısı Günay Məmmədzadə ABŞ-də keçirilən “Cairns Cup” beynəlxalq turnirinə uğurla başlayıb.
Fanat.Az xəbər verir ki, o, ilk görüşündə Bella Xotenaşviliyə (Gürcüstan) qalib gəlib.
Turnirdə həmçinin Hampi Koneru, Harika Dronavali (hər ikisi Hindistan), Aleksandra Kostenyuk (İsveçrə), Nana Dzaqnidze (Gürcüstan), Jansaya Abdumalik (Qazaxıstan), Elizabet Petz (Almaniya), İrina Kruş və Anna Zatonskix (ABŞ) iştirak edirlər.
Turnirin ümumi mükafat fondu 180 000 dollardır.