21:00 19.01.2024 302

“Karyeramın əsas yarışıdır” - Nicat Abasov

Aprelin 2-25-i aralığında Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turniri keçiriləcək.

Fanat.Az xəbər verir ki, 8 şahmatçının mübarizə aparacağı yarışın qalibi şahmat tacı uğrunda matçda dünya çempionu Dinq Lirenə rəqib olacaq. 

İddiaçılar Turnirində ölkəmizi milli komandanın şahmatçısı Nicat Abasov təmsil edəcək. N.Abasov Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına yarışla bağlı müsahibə verib. 

Həmin müsahibəni təqdim edirik:

-    Karyeranızda ilk dəfə İddiaçılar Turnirində iştirak edəcəksiniz. Mötəbər yarışda iştirak sizin üçün nə deməkdir?
-    Hər bir peşəkar idmançının ən böyük arzusu dünya çempionu olmaqdı. Şahmatda dünya çempionluğuna gedən yol İddiaçılar Turnirindən keçir və bu artıq son mərhələnin bir addımlığında olan mübarizədir. 
-    Yəni demək olar, karyeranızın əsas yarışıdı?
-    Bu fikirlə razıyam. İddiaçılar Turnirində iştirak karyeramın dönüş nöqtəsidi. Şübhəsiz ki, karyeramın ən əsas yarışıdır. 
-    İddiaçılar Turnirində iştirak edən şahmatçılar barədə fikrinizi bilmək maraqlıdı...
-    Yarışda olduqca gənc kollektiv var. Səhv etmirəmsə yaşa görə beşinciyəm. Məndən cavan üç şahmatçı iştirak edir. Çox gənc heyət mübarizə aparacaq. Heyətdə olduqca iddialı şahmatçılar yer alıb. Gərgin mübarizə olacaq. Fikrimcə Hindistanın üç şahmatçısının iştirakçı olması xüsusi amildi. Adətən Hindistanı həmişə dünya çempionu Vişvanatan Anand təmsil edirdi. İndi isə üç iddiaçıları yarışacaq. Turnirdə təcrübəsi heç olmayan 4 şahmatçı var. 
-    Sizə görə ən çətin rəqib kimdir?
-    Ən çətin rəqib ilk növbədə özüməm. Yəni gücümü toplayaraq istədiyim oyunu nümayiş etdirsəm hər bir partiyada bərabər mübarizə ola bilər.
-    Sizə qədər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov İddiaçılar Turnirində iştirak edib. Yarışın atmosferini hiss etmək üçün onlarla söhbətiniz olub?
-     Həm Teymur, həm Şəhriyarın bu yarışla bağlı böyük təcrübəsi var. Hər ikisi dəfələrlə İddiaçılar Turnirində mübarizə aparıb. Ötən İddiaçılar Turnirində Teymur Rəcəbovun komandasında yer almışdım, “sekundant”ı olduğum üçün bilavasitə yarışla maraqlanırdım. Prosesin gedişatında iştirak etməklə müəyyən təcrübə qazanmışam. Əlbəttə iştirakçının fərqli öhdəlikləri var. Şübhəsiz mənim iştirakımda onların təcrübəsi əvəzsiz rol oynayacaq.
-    Sizin üçün əsas məqsəd nədir?
-    Yarış üçün əsas məqsədim hazırlıq prosesində əlimdən gələni etməyimdən başlayır. Maksimum yaxşı hazırlaşaraq turnirdə bəhrəsini görmək istəyirəm. Turnirdən sonra geri baxanda elə bir məqam olmasın ki, kaş ki fərqli edərdim düşünüm. Buna görə maksimum dərəcədə hazırlıqlı olaraq mümkün qədər yaxşı nəticə göstərməyi arzulayıram. 
-    Hazırlığa nə vaxtdan başlayırsınız?
-    Artıq hazırlıq başlayıb. Hazırlıqla bağlı yaradılan şəraitə görə Azərbaycan Şahmat Federasiyasına və şəxsən AŞF rəhbəri Mahir Məmmədova çox sağ ol deməliyəm. Federasiya dəstəyini əsirgəmir.
-    Müsahibəyə görə təşəkkür edirik. Şahmat həvəskarlarına nə demək istərdiniz...
-    Dünya Kubokunda göstərilən dəstəyə yenidən ehtiyacım var. Tək mən deyil, ölkəmizin bütün şahmatçılarına dəstək vacibdir. Bəzən uğursuzluq olur, amma inamı heç vaxt itirməyin. Hər birimiz uğurlu olmaq üçün çalışırıq. Onların dəstəyi bizə əlavə güc verir.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
15:30

"Mançester Yunayted"də ten Haqı bu iki məşqçidən biri əvəz edəcək - ADLAR

15:12

"Ançelotti həmişə vaxtımın gələcəyini deyirdi" - Arda Güler

14:55

"Sabah" U-17 liqasının qalibi oldu - VİDEO

14:38

Salibadan unikal nəticə - İPL tariixndə beləsi olmamışdı

14:20

"Sabah" Antalyada çempion oldu

14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X