19:11 04.05.2023 339

“Prezident kuboku-2023” turnirinin təntənəli açılış mərasimi keçirilib

Mayın 4-də Suqovuşanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş avarçəkmə üzrə “Prezident kuboku-2023” turnirinin təntənəli açılış mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov iştirakçıları salamlayıb, “Prezident kuboku-2023” turniri haqqında məlumat verib. Bildirib ki, reqatada 20-dək ölkədən idmançılar yarışacaq. Yarışlar Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən Suqovuşan su anbarında başlayır. Növbəti iki gündə reqata Mingəçevir şəhərində keçiriləcək. Bağlanış mərasimi mayın 7-də Bakı bulvarında baş tutacaq.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev turnirin önəmini vurğulayaraq deyib: “44 günlük haqq savaşımız, Ali Baş Komandanın rəhbərliyi altında şücaətli ordumuzun 30 il düşmən tapdağında qalmış torpaqlarımızı işğaldan azad etməsi bizi həsrət qaldığımız bölgələrimizə, havamıza, suyumuza qovuşdurdu. Biz bu gün Qarabağımızın darmadağın edilmiş maddi-mənəvi irsini, təbiətini yenidən bərpa edirik. Qarabağa həyat qayıdır. İşğaldan azad edilmiş torpaqlarımız artıq bir sıra beynəlxalq və ölkədaxili önəmli tədbirlərə ev sahibliyi edir. Həm mədəni layihələr, həm elmi konfranslar, həm də idman yarışları kimi tədbirləri buna misal çəkə bilərik. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı yaradıcı, qurucu, sülhpərvərdir. Biz qalib ölkənin vətəndaşlarıyıq”.

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov “Prezident kuboku-2023” turnirinin keçirilməsinin önəmini vurğulayaraq, deyib: “Biz artıq 3-cü dəfədir ki, Suqovuşana yarış keçirmək üçün gəlmişik. Hər dəfə bura gələn, yarışda iştirak edən xarici ölkələrin sayı artır. Bütün bu təşkilatçılıq dövlətin dəstəyi olmadan mümkün deyil. Bizim idmançılarımız daim dövlət başçımız İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısını hiss edib. Mən bütün idmançılara uğurlar arzu edirəm”.

Sonra reqataya start verilib.

Turnirin birinci günündə yarışlar Suqovuşanda keçiriləcək. 20-dək ölkədən olan 100-dən çox yerli və xarici avarçəkənin qatıldığı turnirdə idmançılar Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparırlar. Yarışların növbəti iki günü, 5-6 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman mərkəzində davam edəcək.

Mayın 7-si - reqatanın bağlanış mərasimində Bakı Bulvarında, Su İdman Sarayının yaxınlığında, dəniz kənarında keçiriləcək mükafatlandırma mərasimi ilə yanaşı, paytaxt sakinlərini möhtəşəm şou proqram gözləyir. Bədii hissədə 3D effektli lazer şou, tanınmış rəqs qruplarının çıxışı, Xalq artisti Miri Yusifin solo ifası və möhtəşəm atəşfəşanlıq tamaşaçılara əsl bayram ab-havası yaşadacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
16:02

Azərbaycan cüdoçusu dünya çempionatında finala yüksəldi

15:48

"Üzgünəm, səylərimiz kifayət etmədi" - Mikel Arteta

15:30

"Mançester Yunayted"də ten Haqı bu iki məşqçidən biri əvəz edəcək - ADLAR

15:12

"Ançelotti həmişə vaxtımın gələcəyini deyirdi" - Arda Güler

14:55

"Sabah" U-17 liqasının qalibi oldu - VİDEO

14:38

Salibadan unikal nəticə - İPL tariixndə beləsi olmamışdı

14:20

"Sabah" Antalyada çempion oldu

14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

Facebookdan bizi izləməyi unutmayın.
X