14:17 26.01.2023 299

“Hədəflərimiz və istəklərimiz yüksəkdir” - Niyaməddin Paşayev

“Ötən ilin dekabrında bütün yaş qrupları üzrə Azərbaycan çempionatları və birincilikləri keçirildi. Bu yarışın yekuna əsasən yığmaların heyəti müəyyənləşdi. Artıq yeni ilə yenilənmiş komanda ilə start vermişik”. 

Fanat.Az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının (ATF) mətbuat xidmətinə müsahibəsində qurumun vitse-prezidenti Niyaməddin Paşayev deyib. 

ATF rəsmisinin sözlərinə görə, əsas hədəf idmanın bu növünün daha da inkişafı, bölgələrdə kütləviləşməsi və populyarlaşması ilə yanaşı, iştirak edəcəkləri bütün yarışlarda Azərbaycan adını daim uca tutmaqdır. Ötən il taekvondoçuların 101 medal əldə etdiyini xatırladan dünya çempionu 2023-cü ildən də gözləntilərinin yüksək olduğunu qeyd edib:

“Bu il bizim üçün çox məsuliyyətli bir il olacaq. Çünki qarşıda komandalarımızı mötəbər yarışlar gözləyir. Kişi və qadınlardan ibarət yanvarın 5-dən təlim-məşq toplanışına start veriblər. Turnirlərdə taekvondoçularımız uğurlu iştirak etmək üçün demək olar ki, istirahət etmədən hazırlıqlarını səylə davam etdirirlər. Beynəlxalq yarışlarda mübarizəyə fevral ayından başlayacağıq. Kişilərdən ibarət milli komanda qardaş ölkə Türkiyənin açıq çempionatında, həmçinin İstanbulda təşkil olunacaq “Prezident kuboku”nda iştirak edəcək. Sumqayıt Olimpiya İdman Kompleksində hazırlıq keçən qadın taekvondoçularımız isə fevralın 10-da toplanışın ilkin mərhələsini bitirəcəklər. Onlar ardınca Cənub Koreyada hazırlığa başlayacaq, sonra bu ölkənin açıq çempionatında güclərini sınayacaqlar. Hədəflərimiz və istəklərimiz yüksəkdir. Çalışırıq ki, həmişə olduğu kimi ölkəmizi layiqincə təmsil edib, daim üçrəngli bayrağımızı yüksəklərdə dalğalandıraq”.  

N. Paşayevin sözlərinə görə, bu il qadın taekvondoçularımızdan yeni uğurlar gözləyirlər. Əvvəllər də Azərbaycan millisində işləmiş Sun Mi Parkın yenidən əsas komandaya baş məşqçi təyin edilməsi məhz bu səbəbdəndir:

 “İnanıram ki, xanım taekvondoçularımız onun rəhbərliyi altında daha yüksək nəticələr qazanacaqlar. Komandanın daha uğurlu çıxışı üçün lazımı şərait yaradılıb və bu il bunun nəticəsini yenidən görəcəyimizə ümid edirik”. 

Vitse-prezidentin sözlərinə görə, kişilərdən və qadınlardan ibarət millilərdə nəsildəyişmə prosesi gedir. Hər iki komandaya gənc və perspektivli taekvondoçular cəlb olunublar və bu, yığma tam komplektləşənə qədər davam edəcək: “Məqsədimiz beynəlxalq turnirlərdə onları sınamaq və əsas rəsmi yarışlar üçün bütün çəkilərdə ən güclünü müəyyənləşdirməkdir”. 

N. Paşayev böyüklərdən ibarət yığmalarla yanaşı, aşağı yaş qrupları üzrə milli komandalara da xüsusi diqqət yetirildiyini vurğulayıb. O bildirib ki, uğura gedən yol məhz yeniyetmə idmanından başlayır: 

“Təbii ki, aşağı yaş qruplarına cəlb olunan idmançılar taekvondomuzun sabahıdır. Biz də sabahımızı daha işıqlı etmək üçün onlara xüsusi diqqət yetirir, təməlin daha möhkəm olması üçün federasiyadan asılı olan hər şeyi edirik. İnanırıq ki, ötən ili rekordlarla başa vuran yeniyetmə və gənc taekvondoçularımız böyük yaş qruplarında da uğurlarını davam etdirəcəklər”.

ATF rəsmisi paratekvondoçularımızın da il ərzində layiqli çıxış edəcəklərinə inam ifadə edib. O vurğulayıb ki, idmançılarımız əla formadadırlar və iştirak edəcəkləri yarışlarda sözlərini deyəcəklərinə inanır.  

Vitse-prezident vurğulayıb ki, bu ili gərgin və məsuliyyətli edəcək səbəblərdən biri də Bakıda keçiriləcək dünya çempionatıdır: “Mundiala çox az vaxt qalıb. Bu yarış bizim üçün xüsusi önəm kəsb edir. Məsuliyyətli, eyni zamanda gərgin qrafiklə işləyəcəyik. Məşqlərin bəhrəsini dünya çempionatında görəcəyimizə, taekvondoçularımızın Azərbaycanı layiqincə təmsil edəcəklərinə inanıram. Ardınca isə Paris-2024 Yay Olimpiya Oyunlarında bu uğuru davam etdirməliyik”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

Facebookdan bizi izləməyi unutmayın.
X