Qadın taekvondoçulardan ibarət Azərbaycan yığması Cənubi Koreyada təlim-məşq toplanışına yollanıb.
Fanat.Az xəbər verir ki, toplanışa 7 idmançı cəlb olunub: Sona Ağayeva, Məryəm Məmmədova, Minayə Əkbərova, Zemfira Həsənzadə, Patimat Abakarova, Səmərruh Osmanova və Fatimə Məcidova.
Onlar baş məşqçi Sun Mi Park və məşqçi Hyeyong Çoyun rəhbərliyi altında məşq edəcəklər.
Komanda fevralın 28-də Bakıya qayıdacaq.