13:04 15.04.2023 272

Dünya çempionatı ilə bağlı mətbuat konfransı keçirildi

Bakıda keçiriləcək taekvondo üzrə ünya çempionatı ilə bağlı mətbuat konfransı təşkil olunub

Fanat.Az xəbər verir ki, mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına son hazırlıqlarla bağlı mətbuat konfransı keçirilib.

Konfransda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov bildirib ki, beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübəyə malik olan paytaxtımız bu ilin mayında dünya çempionatına ev sahibliyi edəcək: “Ölkəmizdə keçiriləcək bu çempionatı Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Ümumdünya Taekvondo Federasiyasının 50 illik yubileyinə təsadüf etdiyindən bizim üçün xüsusi əhəmiyyət daşıyır. Yarışların təşkilində bütün texniki məsələlər nəzərdən keçirilib və hazırlıq işləri yüksək səviyyədə davam edir”.

O bildirib ki, bu yarış Paris-2024 Yay Olimpiya Oyunları öncəsi ən böyük yarışdır. Azərbaycana təxminən 150 ölkədən 1500-ədək idmançının gələcəyinin gözlənildiyini deyən vitse-prezident hələlik 90 ölkə iştirakını təsdiqlədiyini qeyd edib. 

Daha sonra Dünya Taekvondo Federasiyasının nümayəndəsi Məhəmməd Şaaban çıxış edib. O, dünya çempionatının Azərbaycanda keçirilməsinin çox yaxşı hal olduğunu bildirib. Şaabanın vurğulayıb ki, ölkəmizdə idmana xüsusi qayğı və maraq mövcuddur: “Azərbaycana təşəkkürümüzü bildiririk. Dünya çempionatının Paris-2024 Yay Olimpiya Oyunlarından öncə keçirilməsi çox önəmli məsələdir. Çünki hakimlərin seçimi məhz Bakıdakı yarışdan sonra baş tutacaq. Yarış ərazisi ilə də tanış olduq, hər şeyi gözdən keçirdik. Hazırlıqlar planlaşdırıldığı kimi gedir. Qısası, işlər qaydasındadır”.

Konfransda dünya çempionatının promo video çarxı, eləcə də rəsmi saytı təqdim olunub. Yenilənmiş sayt həm dizayn, həm də məzmun baxımından təkmilləşdirilib, ölkə taekvondosunun tarixi ilə bağlı məlumatlar zənginləşdirilib. İdmansevərlərin rahatlığını təmin etmək üçün müasir proqram təminatından istifadə olunub. 

Saytın yenilənməsində əsas məqsəd Bakıda ilk dəfə keçiriləcək dünya çempionatıdır. Yarışın gedişində sayt vasitəsi ilə döyüşlərin canlı yayımı və onlayn hesabların verilməsi nəzərdə tutulub. Həmçinin gündəlik fotosessiyalar, maraqlı anların videosu paylaşılacaq. 

Mundiala paytaxtımızın ev sahibliyi etmək hüququ bir il öncə verilib. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini versə də, səsvermə ilə Azərbaycan qalib gəlib. Düzdür, son anda Bolqarıstan istəyini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə isə Avropa çempionatı, Qran-pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatını bizə həvalə edib. Mundial mayın 29-dan iyunun 4-dək Bakı Kristal Zalında keçiriləcək. 

Sayca 26-cı dəfə təşkil olunacaq yarış Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq. Bu səbəbdən də mundial əvvəlkilərdən fərqlənəcək və paytaxtımıza 3000-dək qonağın gəlişi gözlənilir. Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra 7-ci kimi tarixə düşəcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X