23:21 30.04.2023 236

Azərbaycan taekvondoçuları AÇ-də daha 4 medal qazandılar

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən taekvondo üzrə klublararası Avropa çempionatı başa çatıb.

Fanat.Az xəbər verir ki, 156 komandanın 2000-dən çox idmançısının qatıldığı yarışın son günündə Azərbaycanın "Gilan" İdman Klubunun üzvləri 2 qızıl və 1 bürünc, Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinin təmsilçisi 1 bürünc medal qazanıb.

"Gilan"ın heyətində Qaşım Maqomedov çempion tituluna yiyələnib. 58 kq çəki dərəcəsində dayanq üzərinə çıxan taekvondoçu 1/16 finalda israilli Aqam Elanini məğlub edib. Ardınca finlandiyalı Otto Susiluotanı mübarizədən kənarlaşdıran təmsilçimiz 1/4 finalda türkiyəli İbrahim Oterə də qalib gəlib. Maqomedov yarımfinalda fransalı Samuel Bedarta gücünü göstərib. O, finalda moldovalı Sergey Uskovla döyüşüb. Gərgin keçən görüş taekvondoçumuzun qələbəsi ilə başa çatıb və Qaşım fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Onun uğurunu Minayə Əkbərova (46 kq) da təkrarlayıb. İlk görüşündə komanda yoldaşı Zemfira Həsənzadəni məğlub edən idmançı ardınca fransalı Serra Qaya qalib gələrək yarımfinala yüksəlib. Finala gedən yolda israilli Rivka Bayeç üzərində də qələbə qazanan Əkbərova həlledici görüşdə lesotolu Miçelle Taunu sınağa çəkib. Bu döyüşü də aktivinə yazan Minayə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

“Gilan”ın digər taekvondoçusu Yaşar Məmmədli bürünc medalla kifayətlənib. 68 kq-da mübarizə aparan idmançı ardıcıl olaraq polşalı Danilo Storçak, monteneqrolu Zinedin Beqay və bolqarıstanlı Mitko Corcevə qalib gələrək, yarımfinala vəsiqə qazanıb. O, bu mərhələdə isveçli Ali Alianla üz-üzə gəlib və məğlub olaraq, bürünc medala yiyələnib. 

Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinin taekvondoçusu Nicat İsmayılzadə (80 kq) də fəxri kürsüyə qalxıb. O, ilk 2 döyüşündə mərakeşli Yussef Boatrisə və Səudiyyə Ərəbistanından Mohammed Alsovaiqə qalib gəlib. İsmayılzadə yarımfinalda Farzad Mansuriyə (RTA) uduzduğundan 3-cü yeri tutub. 

Beləliklə, Azərbaycan klubları Avropa çempionatını 6 medalla bitirib. “Gilan” 2 qızıl və 2 bürünc medalla komanda hesabında 156 klub sırasında 3-cü yeri tutub.

Xatırladaq ki, daha öncə “Gilan”dan Taleh Süleymanov (87 kq) da üçüncü yeri tutmuşdu. Gənclərin yarışında isə “Alpman” Taekvondo Klubunun üzvü Səlimə Quliyeva (42 kq) gümüş medala yiyələnmişdi.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X