Bu gün Azərbaycanın daha üç taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayır.
Fanat.Az xəbər verir ki, kişilərin 80 kq çəki dərəcəsində çıxış edən Əliəskər Əliyev 1/16 final mərhələsində Ababakar Soumare (Seneqal) – Teddi Opoya Lessakola (Qabon) cütünün qalibi ilə üz-üzə gələcək.
87 kq-da yer alan Taleh Süleymanov eyni mərhələdə Manuel Pollet (Belçika) – Laurentiu Snakov (Rumıniya) duelinin güclüsü ilə görüşəcək.
Qadınların yarışında Rio-2016 Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova dayanq üzərinə çıxacaq. 49 kq-da qüvvəsini sınayan idmançı 1/16 finalda Çina Murakami (Yaponiya) – Jenna Ylonen (Finlandiya) görüşünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın üç idmançısı medal qazana bilməyib. Mundial iyunun 4-də başa çatacaq.