Bu gün Azərbaycanın daha bir taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayır.
Fanat.Az xəbər verir ki, kişilərin 63 kq çəki dərəcəsində Xanoğlan Kərimov dayanq üzərinə çıxacaq.
İdmançı 1/64 final mərhələsində portuqaliyalı Alfredo Martinslə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycanın 6 taekvondoçusu mundialı medalsız bitirib. Dünya çempionatı iyunun 4-də yekunlaşacaq.