12:30 08.07.2021 1275

" Azərbaycan əsgəri yaralı halda da təslim olmur" - Bayraqdarımız

Azərbaycan paralimpiya komandasının Tokio-2020-də bayraqdarı seçilən İlham Zəkiyev təəssüratlarını Fanat.az-la bölüşüb. Dördüncü dəfə bu şərəfə layiq görülən Afina və Pekin Paralimpiadalarının qalibi zədələrinə baxmayaraq, sona kimi mübarizə aparmaq əzmində olduğunu bildirib.

- Qərarı hansı hisslərlə qarşıladınız?

- Bu, mənimlə bağlı ilk belə qərar olmasa da, birinci dəfə imiş kimi həyəcan, sevinc hiss edirəm. İstər 20, istərsə də 50 yaşında ol, Azərbaycan bayrağını daşımaq hər zaman böyük məsuliyyət tələb edir, qürur yaşadır.

- 2016-cı ildə Braziliyada keçirilən Paralimpiadanın açılış mərasimində bayrağı milli geyimdə aparmışdınız. Bu dəfə hansısa sürpriz nəzərdə tutulub?

- Sözün açığı, bu barədə heç bir məlumatım yoxdur.

- Oyunların startına az vaxt qalıb. Hazırlığınız necədir?

- Desəm ki, yaxşı formadayam, yalan olar. Doğrudur, komanda olaraq məşqlərimiz yaxşı keçib, hazırda Göygöl Olimpiya-İdman Kompleksində təlim-məşq toplantısındayıq. Bundan əlavə, bir neçə dəfə olimpiyaçılardan ibarət cüdo komandası ilə birgə məşqlərdə iştirak etmişəm. Sadəcə, zədələrim məni narahat edir. Ancaq heç nəyə baxmayaraq çıxıb sona kimi mübarizə aparacağam. Bir daha sübut edəcəyəm ki, Azərbaycan əsgəri yaralı halda da təslim olmur.

- Rəqiblərinizin çoxu ilə uzun müddətdir tanışsınız. Artıq demək olar ki, siz onların, onlar da sizin haqqınızda dərindən məlumatlıdır...

- Bircə iranlı cüdoçu ilə üz-üzə gəlməmişəm. Qalan hamısıyla ən azından bir dəfə qarşılaşmışam. Ancaq cüdoda fərqliliklər həmişə çox olur. Bir yarışı eyni iştirakçılarla bircə həftə sonra keçirsən, qaliblərin adları, bəlkə, tamamilə dəyişər. Sürpriz taktika ilə qarşılaşmaq ehtimalı həmişə var. Məsələn, Yaponiya təmsilçisinin son yarışlarda görünməməsi məni düşündürür.

- Olimpiyaçılar kimi, cüdo üzrə paralimpiya komandamız da rekord sayda lisenziya qazanıb. Sizcə, komandamız oyunlarda bu uğurun ardını gətirə biləcəkmi?

- Komandamızın heyətində təcrübəli cüdoçular çoxdur. Heyətdə iki paralimpiya çempionu, nüfuzlu beynəlxalq yarışlarda özünü doğrultmuş cüdoçular var. Maksimum nəticələr uğrunda mübarizə aparmaq gücündəyik.

Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X