Tokio 2020-nin üzgüçülük yarışlarında daha bir rekord qeydə alınıb.
Fanat.Az xəbər verir ki, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə çempion olan macarıstanlı Kristof Milak, finalda 1 dəqiqə 51,25 göstərici ilə yeni Olimpiya rekordu müəyyənləşdirib.
Ona qədər Olimpiadalarda ən yaxşı nəticə Maykl Felpsə məxsus idi. Əfsanəvi amerikalı Pekin 2008-də 200 metr batterflayı 1 dəqiqə 52,03 saniyəyə üzmüşdü.
Qeyd edək ki, dünya rekordu da Milakın özünə məxsusdur. 21 yaşlı Olimpiya çempionu 2019-cu ildə Cənubi Koreyada keçirilən dünya çempionatında 1.50,73 nəticə ilə bu uğura imza atıb.
Sahib Əsədbəyli