ABŞ-ın Las-Veqas şəhərində UFC 249 çərçivəsində rəqib olacaq Həbib Nurməhəmmədov və Toni Ferqyusonun mətbuat konfransı keçirilib.
Fanat.Az xəbər verir ki, yüngül çəki dərəcəsində çempionluq kəmərinin sahibi Həbib oktaqonda Tonini biabır edəcəyini deyib:
"Rəqiblərimi təslim olmağa məcbur etməkdən xoşum gəlir, amma Toni çox güclüdü. O, döyüşdüyüm digər idmançılardan daha yaxşıdı.
Bəlkə də, Toni yüngül çəkidə tarixin ən yaxşı döyüşçüsü ola bilər. Sadəcə, artıq yaşı keçir. Tonini oktaqonda biabır edəndə, onsuz da, hamı onun yaşlı olduğunu başa düşəcək.
Toni küçələrdə döyüşə bilməz. O, mənim doğulub-böyüdüyüm yerlərdə nələrin baş verdiyini bilmir. Küçədə dalaşsaq, onu əzişdirərəm".
Həbib - Ferqyuson döyüşü 18 apreldə ABŞ-ın Nyu-York şəhərində keçiriləcək.
Fanat.Az