Yüngül çəki dərəcəsi üzrə UFC çempionu Həbib Nurməhəmmədov "CBS Sports"a müsahibə verib.
Fanat.Az xəbər verir ki, Həbib özünü tarixin ən yaxşı döyüşçüsü hesab etmədiyini bildirib. Rus idmançı "ən yaxşı"lardan ibarət siyahısını açıqlamadığı da unutmayıb:
"Özümü tarixin ən yaxşı döyüşçüsü adlandıra bilmərəm. Con Cons, Fedor, Demetrius Conson, Henri Sehudo, Daniel Kormye və Anderson Silva kimi döyüşçülər var. Siyahını uzatmaq da olar. Tarixin ən yaxşılarından biriyəmmi? Ola bilər. Amma gəlmiş-keçmiş ən yaxşı döyüşçü olmağımla bağlı müzakirələr aparmaq üçün erkəndi. İndilik ən yaxşılardan biri olduğumu deyə bilərəm".
Həbib Nurməhəmmədov UFC 249 çərçivəsində aprelin 18-də Bruklində Toni Ferqyusonla qarşılaşacaq.
Fanat.Az