Ceksonvilldə UFC 249 turniri başa çatıb.
Fanat.Az xəbər verir ki, yarışın əsas döyüşü Toni Ferqyuson və Castin Qetji arasında baş tutub. Müvəqqəti çempion titulu uğrunda mübarizə yetərincə maraqlı alınıb.
İlk 2 raundda tərəflər dəqiq həmlələrlə yadda qalıb. İkinci 5 dəqiqənin sonunda Ferqyusonun dəqiq zərbəsindən sonra tarazlığını itirən Qetji 3-cü raundda daha yaxşı təsir bağışlayıb. Üstünlüyü tam şəkildə ələ alan Castin qələbəyə doğru inamla addımlayıb. Elə növbəti hissədə də Castin adından söz etdirib. Ferqyuson 5-ci raundda vəziyyəti xeyrinə dəyişməyə can atsa da, bütün komponentlərdə onu üstələyən Qetji zərbələr seriyasına ara verməyib və referi Hyorb Din döyüşü saxlayıb.
Beləliklə, Castin Qetji yüngül çəkidə müvəqqəti çempion adını qazanıb.
Fanat.Az