Azərbaycanın atleti Aleksis Kopello Macarıstanda keçirilən Dünya Kontinental Turunda iştirak edib.
Fanat.Az xəbər verir ki, idmançımız üç təkanla tullanma növündə 16,92 metr nəticə göstərərək dördüncü olub.
Turnirdə Burkina-Fasonu təmsil edən Huques Fabrike Zanqo 17,43 metr nəticə ilə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Fanat.Az