10:53 15.10.2021 3227

Britaniyanın 93 illik arzusunu reallaşdırdı - Bakılı qızın tarixi uğuru

Cenifer Qədirova İrlandiya və İngiltərəni beynəlxalq yarışlarda təmsil edən bədii gimnastıdır.

Böyük Britaniyanı Tokioda keçirilmiş 2020 Yay Olimpiya Oyunlarında təmsil edib və komanda hesabında bürünc medal qazanıb. 2019-cu ildə Yeniyetmələrin Dünya Çempionatında əkiz bacısı Cesika ilə birlikdə yarışıb və gümüş medalın sahibi olub.

Bakıdan Dublinə

Cenifer 2004-cü il oktyabrın 3-də doğulub, Azərbaycan əsillidir. Atası Natiq Qədirov Azərbaycan vətəndaşıdır, anası da azərbaycanlıdır. Qədirova İrlandiyanın Dublin şəhərində anadan olub. Valideynləri 2001-ci ildə Bakıdan Londona köçüblər. 2004-cü ildə bir neçə ay iş üçün Dublində yaşayıblar. Nəticədə o və əkiz bacısı həm İrlandiya, həm də İngiltərə vətəndaşlığına sahibdir.

Babası və nənəsi Bakıda yaşayır. Nənəsi təqaüdçü uşaq həkimi, babası fizika və riyaziyyat müəllimidir. Qədirova və Cesika gimnastikaya altı yaşında başlayıb.

Britaniya və İngiltərə çempionatlarında

Cenifer Qədirova 2016-cı ildə İngiltərə çempionatında mübarizə aparıb. Müxtəlif növlərdə çıxdığı yarışlarda birinci və dördüncü yerləri tutub.

Növbəti dəfə 2018-ci ilin fevralında keçirilən İngiltərə çempionatında yarışıb və 12-ci yeri tutub. Martda isə Britaniya çempionatında müxtəlif növlər üzrə çıxdığı yarışlarda beşinci, altıncı və on doqquzuncu yerdə qərarlaşıb. Mövsümü İngiltərə Komanda Çempionatında yarışaraq başa vurub, burada gənclər arasında çoxnövçülükdə üçüncü olub.

Qədirova 2019-cu ilin mart ayında İngiltərə çempionatında mübarizə aparıb və üçüncü pilləyə qalxıb. Bundan sonra Britaniya çempionatında meydana çıxıb və çoxnövçülükdə beşinci olub. Eyni zamanda, müxtəlif növlər üzrə çıxdığı yarışlarda qızıl, gümüş və bürünc medalları aktivinə yazdırıb.

İngiltərə üçün tarixi an

Cenifer həmin ilin iyun ayında əkiz bacısı Cesika və Aliya Litlə birlikdə Macarıstanın Qor şəhərində keçirilən Gənclərin Dünya Çempionatında iştirak edib. Komanda hesabında altıncı, fərdi olaraq çoxnövçülükdə yeddinci olub. O, yarışların finalında tullanmada gümüş qazanıb, yalnız amerikalı Kayla Diçellodan geri qalıb. Xalça üzərində dördüncü, digər hərəkətlərdə isə altıncı olub. Cenifer Qədirova Gənclər arasında Dünya Çempionatında medal qazanan ilk ingiltərəli gimnast kimi adını tarixə yazdırıb.

Cenifer Qədirova həmin ilin iyul ayında İngiltərənin komanda qızılı qazanmasına kömək etdiyi Sent Kubokunda yarışıb. Sentyabr ayında ingilis klubları arasında keçirilən yarışda çoxnövçülükdə bacısından sonra ikinci yeri tutub. Noyabr ayında Fransada keçirilən Massiliya Kubokunda yarışıb, müxtəlif növlər üzrə apardığı mübarizədə qızıl və gümüş qazanıb.

Böyüklər arasında debütü

Cenifer Qədirovanın böyüklər arasında keçirilən beynəlxalq yarışlarda debütü 2020-ci ilə təsadüf edib. İlk yarışına yaralı Ameliya Morqanı əvəz etdiyi Amerika Kuboku olub. Yarışlarda Morqan Herd, Kayla Diçello (hər ikisi ABŞ-dan) və yapon Hitomi Hatakedadan sonra dördüncü olub.

Qədirova həmin ilin aprel ayında əkiz bacısı Cesika, Alisa Kinsella və Ameliya Morqanla birlikdə Avropa çempionatında Böyük Britaniyanı təmsil etmək üçün seçilib. Amma ayın sonunda kiçik zədə səbəbiylə yarışdan geri çəkilib və yerini Fibi Yakubçik tutub.

93 il sonra gələn sevinc

Cenifer Qədirova bu ililin iyun ayında bacısı Cesika, Alisa Kinsella və Ameliya Morqanla birlikdə Böyük Britaniyanı 2020 Yay Olimpiya Oyunlarında təmsil edib. Özü fərdi yarışlarda çoxnövçülükdə və Böyük Britaniya komandasının heyətində finala vəsiqə qazanıb. Cenifer Qədirova 93 ildən sonra Böyük Britaniyaya ilk olimpiya komandası medalı olan bürüncü qazanmasına kömək edib.

Mənbə: Teleqraf.com

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

Facebookdan bizi izləməyi unutmayın.
X