Azərbaycan təmsilçisi Selcan Mahsudova Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, 19 yaşlı idmançı təsnifat mərhələsində 53,100 bala layiq görülüb və öz qrupunda lider olub. Bununla Mahsudova yarışın finalına yüksəlib.
Qeyd edək ki, final mərhələsi sabah - fevralın 13-də baş tutacaq.