13:56 15.02.2022 673

"Ondan güc alıram" - Bakıda tarixi uğura imza atan Selcanla MÜSAHİBƏ

Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kuboku turnirinin gümüş medalçısı Selcan Mahsudovanın Fanat.Az-a müsahibəsi

- Selcan, Azərbaycan tarixində ilk qadın batut gimnastı olaraq Dünya Kubokunda fərdi yarışda mükafat əldə etdin. Bu tarixi uğurun müəllifi kimi özünü oxucularımıza yaxından tanıdarsan.
- 2003-cü ildə Bakıda anadan olmuşam. Gimnastika ilə 7 yaşımdan məşğul oluram. Anamın xalası vaxtilə akrobatika gimnastikası ilə məşğul olub. Yəni nəsildə gimnastika ənənəsi var. Amma mən əvvəlcə tamblinqdə özümü sınamışam. Təxminən beş il bu növə getmişəm. Sonradan müəllimlər qərarlaşdırdı ki, batutda özümü yoxlayım. Sonrakı nəticələr, xüsusən Bakıdakı medal göstərdi ki, keçidim uğurludur.

- Yarışdan öncə mükafatçılar sırasına düşəcəyinə əminlik var idi?
- Əslində, yarış ərəfəsi mənim üçün yaxşı keçmədi. Dünya Kubokuna iki həftə qalmış səhhətimdə problem yarandı. Son hazırlıq prosesi cəmi dörd-beş gün çəkdi. Amma əmin idim ki, yaxşı nəticə göstərə biləcəyəm. Çünki ümumi hazırlığım yaxşı səviyyədə idi.

- Dünya Kuboku yeni qaydalarla təşkil olunmuşdu. Bu, sənə çətinlik yaratmadı?
- Xeyr. Deyərdim ki, yeni qaydalar əsasında çıxış etmək daha rahatdır. Çünki indi bizə təsnifat mərhələsində çıxış üçün iki dəfə şans verilir. Bu isə idmançının özünəinamlı çıxış etməsi baxımından bir sıra üstünlüklər yaradır. Məsələn, birinci dəfə çıxışın istədiyin kimi alınmırsa, ikinci dəfə proqramı daha rahatlıqla icra edə bilərsən.

- Medalını kimə həsr edirsən? 
- Medalımı dünyadan köçmüş nənəmə həsr edirəm. Onun mənim böyüməyimdə, idmanı davam etdirməyimdə çox böyük zəhməti olub.

- Kiçik qardaşın Maqsud Mahsudov da batut gimnastıdır. Ötən ilin sonunda Bakıda keçirilən dünya yaş qrupları yarışında ölkəmizə yeganə qızıl medalı qazandırmışdı. Uğurlarınızda bir-birinizin rolu nə dərəcədədir?
- O, məndən dörd yaş kiçik olsa da, batuta daha əvvəl, təxminən bir ay öncə başlayıb. Əlbəttə, birimizin uğuru digərimizi də qələbəyə ruhlandırır. Deyərdim ki, qardaşım mənə psixoloji cəhətdən çox kömək olur. Onun adicə tribunada əyləşib yarışımı izləməsi mənə çox şey verir. Məni sakitləşdirir, bacaracağıma inandırır. Ondan güc alıram. Maqsud istedadlı gimnastdır, gələcəyinin də parlaq olacağına inanıram.

- Bakıda qazandığın uğur səni yeni qələbələrə ruhlandırmalıdır. Qarşıdakı hədəflər nədir?
- Mən özümü şanssız idmançı sayırdım. Həmişə böyük yarışlarda medaldan cüzi fərqlə aralı düşüb 4, 6-cı yerləri tutmuşam. Birdən-birə Bakıda ikinci yer tutmağım, əlbəttə, çox böyük stimul oldu. Bu il mayın sonunda İtaliyada Avropa çempionatı, noyabrda isə Sofiyada dünya çempionatı və dünya yaş qrupları yarışları olacaq. Qitə çempionatında, nəhayət, medal qazanmaq istəyirəm. Dünya çempionatı və dünya yaş qrupları yarışlarının isə yalnız birinə qatılmaq imkanım var. Buna məşqçilər qərar verəcək.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X