Daniel Abbasov və Murad Rəfiyevdən ibarət azərbaycanlı cütlük Bakıda keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, təmsilçilərimiz templə hərəkətlərdə 26,600 xalla 5-ci olaraq adlarını həlledici mərhələyə yazdırıblar.
Final martın 12-də baş tutacaq.
Qeyd edək ki, martın 13-dək davam edəcək mundiala 17 ölkədən 170 idmançı qatılıb. Gimnastlar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə mübarizə aparırlar.